Ş-əxs 1954-cü il iyulun 3-də Bərdə rayonunun Xəsli kəndində anadan olmuşdur.1971-ci ildə Bakı şəhəri 1 nömrəli Riyaziyyat və İnformatika Liseyini əla qiymətlərlə bitirmiş, həmçinin həmin il Riyaziyyat Olimpiadasında respublika üzrə 2-ci yeri tutmuşdur.Həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tətbiqi Riyaziyyat ixtisasına daxil olmuş və 1976-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində "Tanınma və Proqnozlaşdırma" şöbəsində əvvəlcə stajor-tədqiqatçı, daha sonra isə "Riyazi Kibernetika" ixtisası üzrə aspiranturada təhsil almışdır. 1985-ci ildə həmin elmi müəssisədə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi (Ph.D.) alimlik dərəcəsini almışdır.1984-cü ildən ADNSU-nun "Tətbiqi Riyaziyyat" kafedrasında əvvəl assistent, sonra isə baş müəllim və dosent vəzifələrində çalışmışdır.1995-1999-cu illərdə Rusiya Elmlər Akademiyasının Hesablama Mərkəzinin nəzdində fəaliyyət göstərən "Süni İntellekt" İnstitutunda doktoranturada olmuş, 1999-cu ildə isə "Riyazi Modelləşdirmə" ixtisası üzrə akademik Dmitriy A. Pospelovun rəhbərliyi altında doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır.75-dək elmi məqalənin müəllifidir. Onlardan bir neçəsi Scopus və Web of Science (WoS) bazalarında yerləşdirilmişdir.Tədqiqatlarına görə 2003-cü ildə beynəlxalq mükafata layiq görülmüşdür.Rəhbərliyi altında bu günə qədər yüzlərlə magistr dissertasiyası, 7 nəfər Ph.D. (fəlsəfə doktoru) və 1 nəfər isə full doktorluq dissertasiyası müdafiə edilmişdir.
O, 20-dək xarici ölkədə (o cümlədən ABŞ, Avstriya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Macarıstan, Qazaxstan, Rusiya, İran və s.) keçirilən müxtəlif konqres və konfranslarda Azərbaycanı təmsil etmişdir. Dəfələrlə plenar iclaslarda çıxış etmiş, bir neçə konqres və konfransın Proqram və Təşkilat komitələrinin üzvü olmuşdur.Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Rəqəmsal Texnologiyalar və Tətbiqi İnformatika" kafedrasında professor kimi fəaliyyətini davam etdirir.
Doktorantura dövründə -- 1996-1999-cu illərdə Lomonosov adına MDU-nun "Hesablama Riyaziyyatı və Kibernetika" fakultəsinin "Diskret riyaziyyat" kafedrasında 0.5 ştat həm də professor vəzifəsində çalışmışdır.
- Elektron poçt
- adalat_karimov@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/a.karimov