Dissertasiyanın növü: Postgraduate
Dissertasiyanın aid olduğu qurum: Azerbaijan State University of Economics (UNEC), Rəqəmsal İqtisadiyyat Fakültəsi, Rəqəmsal Texnologiyalar Və Tətbiqi İnformatika Kafedrası, Azerbaijan
Dissertasiyanın təsdiq tarixi: 2022
Dissertasiyanın dili: Azerbaijani
Tələbə: Həsənova Əminə Mahmud qızı
MəsləhətçiMəlahət Orucova
Açıq Arxiv Kolleksiyası: Dissertasiya, Rəqəmsal Yaddaş Kolleksiyası
Qısa məlumat:
Mövzunun aktuallığı: İnvestisiya layihələrinin həyata keçirilməsinidə la-yihələrin effektliliyinin qiymətləndirilməsi
maraq doğurur və investisiya layi-hələrinin qiymətləndirilməsi üçün statistik və
dinamik metodlarla layihə göstəri-cilərinin tapılması əhəmiyyət kəsb edir.
Tədqiqat işinin məqsədi: Bu tədqiat işinin məqsədi investisiya layihələri-nin hazırlanması mərhələsi, onların effektliliyinin qiymətləndirilməsi, investisi-ya layihələrinin proqram təminatı və risklərin təhlili ilə bağlı məsələlərin araşdı-rılmasından iarətdir
İşdə
aşağıdakı nəticələr alınmışdır:
1. İnvestisiyaların ümumi strukturlarına onların real
(birbaşa) investisi-yalar və maliyyə (portfel)
investisiyalarına bölünməsi daxildir və
in-vestisiyaların investisiya obyekyinə, məqsədinə,resursların
mülkiyyəyt formalarına və müddətinə
əsaslanan növləri vardır.
2. Beynəlxalq təcrübəyə əsasən investisiya layihələrinin
hazırlanmışinin investisiyadan əvvəlki dövr,
investisiya mərhələsi, istismar dövrü və ləğvetmə dövrü kimi dörd
əsas dövrü vardır. Ən kapital tutumlu dövr istismar dövrüdür ki, bu dördə
investisiyaları dayandırmaq mümkün deyil.
3. Müəyyən edilmişdir ki, investisiya layihəsinin
effektivliyi onun iştirak-çılarının maraqlarından asılı olaraq xərclərin
və nəticələrin
nisbətini zaman asılılığını nəzərə almayan statistik metodla hesablanan PP,
ARR və zamandan asılılığı nəzərə alan dinamik metodla hesablanan NPV,
Rİ, İRR, MİRR, DRR göstəricilər sistemi ilə xarakterizə olunur.
4. Aşkar olunmuşdur ki, investisiya layihələrinin qiymətləndirilməsində xalis
cari dəyər – NPV ən geniş yayılmış göstəricidir və onun qiymət müsbət olarsa layihə qəbul edilməli, mənfi olarsa rədd edilməlidir.
5. Məlum
olmuşdur ki, əgər hesablama zamanı PI göstəricisinin qiymət vahiddən
böyük olarsa, o zaman layihə qəbul edilməli, az olarsa, rədd edilməlidir və
eyni NPV
göstəricilərinə malik, lakin tələb olunan investisiyaların müxtəlif həcmlərinə
malik bir neçə layihə arasından layihə seçərkən Rİ göstəricisi vacib əhəmiyyətə malikdir.
6. Konkret layihələr üçün NPV göstəriciləri
hesablanmışdır və qeyd olun-muşdur ki, NPV göstəricisi böyük olan layihənin
qəbul edilməsi məqsə-dəuyğundur.
7. Rusiyada geniş yayılmış «Альт-Инвест», «Project
Expert» və «ТЭО-ИНВЕСТ» investisiya proqramlarının müqayisəli analizi verilmiş,
«COMFAR» proqramının
qiymətinin və funksional xüsusiyyətlərinin istifadəçi diqqətini cəlb etməsinin
mümkünsüz olmasına baxmayaraq qəbul edilmiş beynəlxalq standart olması müəyyən olunmuşdur
8. Layihəsinin iqtisadi səmərəliliyi göstəriciləri «Project Expert» proqra-mından istifadə
etməklə hesablana bilər.
9. İnvestisiya mühitinin informasiya təminatı tədqiq olunmuş, investisiya layihələrinin
hesablanması və analizi proqramlarının müqayisəli
təhlili aparılmış, Excel cədvəl prosessoru bazasında fəaliyyət götərən
yerli və xarici proqram məhsullarının funksional
imkanları aydınlaşdırılmış və yerli proqramların öz xarıci analoqlarından üstün olması müəyyən edil-mişdir.
10. Həssaslıq təhlili göstəricilərin layihəyə təsirini mümkün qədər aydın şəkildə göstərir,
lakin əsas çatışmazlıq ondan ibarətdir ki, mümkün göstəricilərdən yalnız
birinin təsirinin təhlili aparılır və qalan amillərin dəyişməz qalması nəzərdə
tutulur. Reallıqda bir neçə amil eyni vaxtda bu və ya digər dərəcədə dəyişir.