Xidmət sferasında idarəetmə uçotunun təkmilmilləşdirilməsi istiqamətləri


Dissertasiyanın növü: Doctorate

Dissertasiyanın aid olduğu qurum: Azerbaijan State University of Economics (UNEC), Maliyyə Və Mühasibat Fakültəsi, Maliyyə Və Audit Kafedrası, Azerbaijan

Dissertasiyanın təsdiq tarixi: 2024

Dissertasiyanın dili: Azerbaijani

Tələbə: Əsədova Günay cahangir qızı

Baş məsləhətçi (müşavirə ilə tezislər üçün):Nəzakət Musayeva

Açıq Arxiv Kolleksiyası: Dissertasiya

Qısa məlumat:

İdarəetmə uçotu müəssisənin sahibkarlıq fəaliyyətinin idarəedilməsi mexanizmi olub, mənfəətin alınmasına, mallar və xidmətlər bazarında onların arzu etdikləri məqsədlərə nail olmağa yönəlidilən idarəetmə funksiyasıdır. Bu səbəbdən də idarəetmə uçotu sistemi konkret müəssisənin iş şəraitinə uyğunlaşdırılır və idaretmənin məqsəd və imkanlarına görə hazırlanır. Xidmət sferasının müəssisə və təşkilatları da bu qəbildən istisna deyildir. Burada mühasibat uçotunun digər növlərindən fərqli olaraq, idarəetmə uçotunda informasiyanın toplanması, işlənməsi, təhlilin aparılması və onun nəticələrinə istinad etməklə, idarəetmə qərarlarının hazırlanması müəyyən ardıcıllıqla və sistem şəklində icra edilir.  Xidmət sferasında idarəetmə uçotunun bu və digər xüsusiyyələrinə görə, müasir dövrdə ona həsr edilmiş bütün tədqiqat işləri xüsusi aktuallığa malikdir.

İctimai həyatın və iqtisadiyyatın mühüm sahələri olan turizm və mehmanxana biznesi bir vəhdət şəklində yaranıb inkişaf etmiş və fəaliyyətini davam etdirməkdədir. Turizm və mehmanxana xidmətinin qarşılıqlı fəaliyyəti bu sahələrin təşkilat formalarının inkişaf tarixi ilə sıx bağlıdır. 

Xidmət sahəsi mövcud beynəlxalq ticarət imkanlarına görə ölkə iqtisadiyyatına müsbət təsirə malikdir. Bu baxımdan da istənilən ölkə daxilində bu sahənin inkişaf etdirilməsi üçün ilk növbədə beynəlxalq ticarətin həyata keçirilə bilməsinin qarşısında duran məhdudiyyətlər aradan qaldırılmalıdır. 

Hazırda dünyanın müxtəlif ölkələrində yaradılmış turizm bölgələri öz növbəsində mehmanxanaların saylarındakı ciddi artıma səbəb olmuş və mehmanxana təsərrüfatında ciddi bir rəqabət mühitinin formalaşmasına gətirib çıxarmışdır. Bu bazarda nəaliyyət qazanmaq istəyən mehmanxanaların işi daha da çətinləşmişdir.

Hazırda Azərbaycan mehmanxana biznesində yeni, yüksək dərəcəli mehmanxanaların sayı getdikcə artır. Bu mehmanxanaların əksəriyyətinin həmtəsisçisi xarici şirkətlərdir. Bu şirkətlər qonaqlara xidmətlərin standart texnologiyasını təqdim edirlər. Onlar digər mehmanxanaların rəqibinə çevrilirlər. Nüfuzlu qonaqlar adi mehmanxanalardan fərqli olaraq yeni, Avropa standartlarına uyğun xidmət göstərən otellərə üstünlük verirlər. Yalnız qonaqlara daha yüksək və keyfiyyətli xidmət göstərən otellər rəqabətə davam gətirə bilirlər. Mehmanxanaların rəqabətə davam gətirmələri üçün isə keyfiyyət, komfort , müasir standartlara cavab verən xidmətlə yanaşı qüsursuz və effektiv şəkildə təşkil olunmuş mühasibatlıq sisteminə malik olması zəruridir. 

Ümumiyyətlə, mehmanxana fəaliyyəti göstərən müəssisələrdə bütün fəaliyyətin təsirli şəkildə aparılması nizamlı şəkildə işləyən mühasibatlıq sistemi ilə birbaşa əlaqədardır. Eyni zamanda bu sistem mehmanxana idarəçilərinin bütün ehtiyaclarını qarşılayacaq və təyin olunan məqsədlərə xidmət edə biləcək bir xüsusiyyətə malik olmalıdır. Üstəlik nəzərə alsaq ki, digər müəssisələrdən fərqli olaraq mehmanxanalarda sürətli xidmət, bir çox gəlir mərkəzlərinin mövcudluğu, maddi əməliyyatların çoxluğu və dəyəri yüksək olan xidmətin həyata keçirilməsi və s.  nəticəsində  maddi əməliyyatların çoxluğu və dəyəri yüksək olan xidmətin həyata keçirilməsi və s. xəta və fırıldaqçılığa rast gəlmək halları daha çoxdur. Məhz busəbəbdəndir ki, Respublikamızda da bu kimi halların qarşısının alınması üçün mehmanxana rəhbərliyi bu kimi hallara qarşı tədbirlər görməlidir. Ən yaxşı tədbir isə əlbəttə ki, bizim fikrimizcə qeyd olunan problemlərə qarşı hər bir ehtiyaca cavab verən mühasibatlıq sistemi və daxili nəzarət sisteminin təşkilidir. Deməli, dissertasiya işi müasir dövrümüzdə araşdırılması və işlənməsi faydalı ola biləcək aktual bir mövzudur.