Dissertasiyanın növü: Postgraduate
Dissertasiyanın aid olduğu qurum: Azerbaijan State University of Economics (UNEC), Rus İqtisad Məktəbi, Tətbiqi İqtisadiyyat Kafedrası, Azerbaijan
Dissertasiyanın dili: Turkish
Tələbə: Fuad Sultanlı
Baş məsləhətçi (müşavirə ilə tezislər üçün):Sevinc Abbasova
Qısa məlumat:
Sənaye müəssisələrinin fəaliyyətində xərclərin uçotu və məhsulun maya dəyərinin
kalkulyasiyası istehsal proseslərinin idarə olunması, resurslardan səmərəli
istifadə və rəqabətqabiliyyətliliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir. Müasir iqtisadi şəraitdə istehsal texnologiyalarının mürəkkəbləşməsi,
dolayısı xərclərin həcminin artması və rəqəmsal transformasiyanın sürətlənməsi
xərclərin uçotunun daha dəqiq, şəffaf və analitik cəhətdən əsaslandırılmış
formada aparılmasını tələb edir. Bu baxımdan xərclərin təsnifatı, onların
düzgün idarə edilməsi və maya dəyərinin kalkulyasiyası üzrə metodologiyanın təkmilləşdirilməsi
aktual elmi-praktiki məsələdir.
Tədqiqatın məqsədi: Tədqiqatın məqsədi sənaye müəssisələrində xərclərin
uçotunun nəzəri və metodoloji əsaslarını, maya dəyərinin formalaşması prosesini
və kalkulyasiya metodlarını təhlil etmək və onların təkmilləşdirilməsi istiqamətlərini
müəyyən etməkdir.
İstifadə olunan tədqiqat metodları: Araşdırmada təhlil,
sintez, müqayisəli yanaşma, sistemli, proses və resurs əsaslı metodlardan
istifadə edilmişdir. Eyni zamanda idarəetmə uçotu və iqtisadi-statistik analiz
metodlarına müraciət olunmuşdur.
Tədqiqatın informasiya bazası: Tədqiqatın informasiya bazası sənaye müəssisələrinin uçot məlumatları, normativ sənədlər, yerli və xarici müəlliflərin elmi əsərləri, həmçinin beynəlxalq təşkilatların analitik materiallarından ibarətdir.
Tədqiqatın elmi yeniliyi və praktiki nəticələri: Tədqiqat xərclərin təsnifatı
və kalkulyasiyanın müasir metodlarının sistemləşdirilməsi, rəqəmsal
texnologiyalar əsasında uçotun təkmilləşdirilməsi üzrə yeni yanaşmalar təqdim
edir.