Mən- Hüseynova
Aynurə Yadigar qızı 1978-ci ildə noyabr ayının 7-də Bakı şəhərində anadan olmuşam. 1985-ci ildə Bakı
şəhər, Binəqədi rayonu 126 saylı orta məktəbin 1-ci sinfinə daxil olaraq, 1995-ci ildə həmin
məktəbi bitirmişəm.
1996-cı
ildə Bakı Əmtəəşünaslıq
Kommersiya İnstitutunun “İstehlak mallarının ekspertizası” ixtisasına
daxil olub, 2001-ci ildə bakalavr, 2004-2006-cı illərdə isə magistratura səviyyəsini fərqlənmə
diplomları ilə bitirmişəm.
2003-cü
ildən “İstehlak mallarının ekspertizası” kafedrasında laborant ,sonra baş laborant kimi əmək fəaliyyəti
göstərmişəm . Həmçinin baş laborant vəzifəsində çalışarkən saat hesabı dərs
aparmışam. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak
mallarının ekspertizası” kafedrasında müəllim, 2016-cı ildən baş müəllim işləmişəm,
2020-ci ildən hal-hazıradək “Mühəndislik və tətbiqi elmlər “ kafedrasının baş müəllimi vəzifəsində çalışıram.
Özünüinkişaf
istiqamətində çoxlu sayda təlim,seminar və konfranslara qatılaraq sertifikat
almışam.
Ailəliyəm,
2 övladım var.
Yoldaşım-
Hüseynov Samir Asim oğlu 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur.Fərdi
sahibkardır.
Oğlum- Hüseynov
Kənan Samir oğlu 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. “Frutti Agro”
şirkətində maliyyə mütəxəssisi vəzifəsində calışır.
Qızım-
Hüseynova Aidə Samir qızı 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur.
Abituriyentdir.
- Elektron poçt
- aynurahuseynova@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/aynurahuseynova