Mən,
Mən Nigar Şirxan qızı 14 may 1993-cü ildə Göyçay şəhərində anadan
olmuşam. 1999-2010-cu illərdə Göyçay şəhərində 1 saylı tam orta məktəbdə təhsil
almışam. 2010-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi
ixtisası üzrə bakalavr təhsili alıb həmin universiteti fərqlənmə diplomu ilə
bitirmişəm. 2014-2016-cı illərdə Odlar
Yurdu Universitetinin Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası
ixtisası üzrə magistr təhsili alıb, həmin universiteti fərqlənmə diplomu ilə
bitirmişəm. 2015-2017-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis
dilinin Qrammatikası kafedrasında laborant, 2017-2024ci illər həmin
universitetin Filologiya fakültəsinin nəzdindəki İngilis dilinin tədrisi
metodikası kafedrasıda 2024-2025-ci illər Xarici dillər kafedrasında müəllimi vəzəfəsində çalışmışam. 2025 - ci ildən
bu günədək Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici Dillər
Departamentində müəllim kimi işləyirəm. 2016-2020
ci illərdə Odlar Yurdu Universitetinin qiyabi doktorantı olmuşam. Doktorant
olduğum müddətdə “Akademik diskursun praqmatikası” adlı dissertasiya mövzusunu
bitirmişəm və müdafiəyə hazırlaşıram.
2017-ci ildə Bakı şəhər sakini Əlisaab
Əfqan oğlu Osmanovla ailə həyatı qurmuşam, 1 qızım və 1 oğlum var.
Atam Həmidov Şirxan Əhməd oğlu 1962-ci ildə
Göyçay şəhərində anadan olmuşdur. Hal-hazırda sahibkar kimi fəaliyyət göstərir.
Anam Kərimova Xatirə Arif qızı 1966-cı
ildə Göyçay şəhərində anadan olmuşdur. Hal- hazırda Göyçay şəhər 1 saylı tam
orta məktəbin riyaziyyat müəllimi vəzifəsində çalışır.
Qardaşım Həmidov İsrafil Şirxan oğlu
1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda hərbi Kapital Bankda
çalışır.
Həyat yoldaşım Osmanov Əlisaab Əfqan
oğlu 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Ədliyyə Nazirliyində
çalışır.
Qızım Osmanlı Məryəm Əlisaab qızı
2018-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hal hazırda Bakı Avropa Liseyində
təhsil alır.
Oğlum Osmanlı Davud Əlisaab oğlu 2021-ci ildə
Bakı şəhərində anadan olmuşdur.