Təhsil
Nazim Məmmədov 1978-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan
Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr pilləsini,
2005-ci ildə isə eyni ixtisas üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə
bitirib.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad
Universitetinin “Maliyyə” ixtisası üzrə dissertanturasına daxil olmuşdur.
Dissertasiya mövzusu “Вопросы повышения эффективности операций на
фондовом рынке”.
Əmək təcrübəsi
2002-ci ilin aprel ayından AR İqtisadiyyat
Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində “Bazar infrastrukturalarının
inkişafı problemləri” şöbəsində iqtisadçı vəzifəsinə təyin edilərək, əmək fəaliyyətinə
başlamışdır. İqtisadi İslahatlar Mərkəzində “Maliyyə sektoru və bazar
infrastrukturu”, “Elmi tədqiqatlar”, “Analitik təhlil” şöbələrində aparıcı mütəxəssis
vəzifəsində fəaliyyət göstərib. 2006-ci
ilin may ayından BFB QSC-də “Analitik informasiya” şöbənin rəisi vəzifəsinə təyin
edilmişdir. 2015-ci ilin iyul ayında Azərbaycan Dövlət İqtisad Universitetinin
nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun “Makroiqtisadi siyasət”
şöbəsinin elmi işçisi vəzifəsinə təyin edilmişdir. 2019-cu ildə keçirilmiş
seçkilərdə “Makroiqtisadi siyasət” şöbəsinin elmi işçi vəzifəsinə seçilmişdir.
Həmin ildə institutun yeni strukturuna əsasən yeni yaradılmış “Bilik
iqtisadiyyatı” şöbəsində elmi işçi vəzifəsinə təyin olunmuşdur. 2025-ci ildə keçirilmiş
növbəti seçkilərdə “Bilik iqtisadiyyatı” şöbəsinin elmi işçi vəzifəsinə
seçilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Nəşrləri
Nazim Məmmədov yerli və beynəlxalq səviyyəli
elmi-praktik konfranslarda və seminarlarda fəal iştirak etmişdir. Ümumilikdə, 22
elmi məqalə və tezisin, 1 monoqrafiyanın və 12 elmi publistik məqalənin müəllifidir.
- nazim_mammadov@unec.edu.az
- Web Page
- https://avesis.unec.edu.az/nazim_mammadov
- Office Phone
- +994 124927870