(UNEC) -də UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin təçkilatçılığı ilə Mərkəzin rəhbəri, professor Məhəbbət Paşayevanın müəllifi olduğu “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” adlı kitabın təqdimatı olub. Kitabın təqdimat mərasimində rektor professor Ədalət Muradov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının katibi Aleksey Nikonorov, Alban Udi xristian icmasının sədri Robert Mobili, millət vəkilləri Ceyhun Məmmədov, Nizami Cəfərov, Anar İskəndərov, AMEA Tarix İnstittunun direktoru Kərim Şükürov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları və digər qonaqlar iştirak ediblər. Hibrid formada təşkil olunan tədbirə yerli iştirakçılarla yanaşı, Türkiyədən UNESCO Türkiyə Milli Komisyonu Başkanı Pr.Dr Ocal Oğuz, həmçinin Kanada, Almaniya, Rusiya, Niderland, İngiltərə və s. xarici ölkələrdən də qonaqlar da qoşulub.
Rektor professor Ədalət Muradov təqdim olunan kitab barədə tədbir iştirakçılarına məlumat verərək, i 200-dən artıq alban abidəsindən bəhs edən bu kitabın, alban mədəniyyətinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istəqamətində mühüm rol oynayacağını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən qonaqlar k, Qarabağın və Şərqi Zəngəzurun alban abidələrinin tarixinin tədqiq edilməsini yüksək qiymətlənrirərək, aparılan tədqiqatların əhəmiyyətindən danışıblar.
Tədbir çərçivəsində UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin tədqiqatçısı, Dizayn kafedrasının müəllimi f.ü.f.d. Aynur Rzayevanın i multikulturalizmlə bağlı rəsm əsərlər ,həmçinin Mərkəz əməkdaşlarının müəllifi olduüları digər kitab və eksponatlardan ibarət sərgi də nümayiş olunub.