Ümumdünya Mədəni Müxtəliflik Gününə həsr olunan “Azərbaycanda müasir etnokultural mühit və tolerantlıq ənənələri” mövzusunda onlayn elmi seminar UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Dillər Universiteti, Milli Azərbaycan Tarixi Muzeyinin, müxtəlif elmi-tədqiqat müəssisələrinin əməkdaşları, eyni zamanda Rusiya Federasiyası Volqoqrad Universitetinin professor-müəllim heyəti, Ukrayna Respublikasının T.Şevçenko adına Kiyev Milli Universitetinin Türkologiya kafedrasının müəllim və tələbələri iştirak ediblər.