Project Supported by Other Official Institutions, 2025 - 2026
Müasir dövrdə məhsuldarlığı və məhsulun keyfiyyətini yüksəltmək üçün üzümün xəstəlik və zərərvericilərinə qarşı səmərəli mübarizə üsulları, qida maddələrinin çatışmazlığından üzümdə yaranan xəstəliklər və onlara qarşı preventiv tədbirlər aktual problemlərdəndir. Təqdim olunan üzümlüklərdə kompleks kimyəvi mübarizə və yemləmə gübrəsinin hazırlanması üsulu üzümçülükdə yüksək iqtisadi səmərəliliyi təmin edir, optimal müddətdə preventiv tədbirlərin aparılmasına, məhsuldarlığın və məhsulun keyfiyyətinin yüksəlməsinə imkan verir.