“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLAR: NƏTİCƏLƏR VƏ PERSPEKTİVLƏR”mövzusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ciildönümünə həsr olunmuş Respublika elmi-praktiki konfransın materialları, pp.477-482, 2021 (Conference Book)
Məqalə görkəmli siyasətçi, müdrik rəhbər, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasında hakimiyyətdə olduğu dövrdə fəaliyyətinin siyasi xəttinin işıqlandırılmasına həsr edilmişdir. Məqalədə, əsasən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan respublikasına ikinci dəfə hakimiyyətə qayıdışından bəhs edilir. Rəhbərlik etdiyi dövrdərespublikanı, uzaqgörən, müdrik siyasəti ilə çətin vəziyyətdən çıxartması, ölkənin siyasi-iqtisadi inkişafı uğrunda həyata keçirtdiyi tədbirlər, vətən sevgisi, sadiqliyi nümayiş etdirilir. Həmçinin, məqalədə Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı neft strategiyasının ölkənin gələcək inkişafında güclü təsiri işıqlandırılmış, Azərbaycan respublikasının yaranmış problemlərini dəf edərək inkişaf etməsində, Ulu Öndər Heydər Əliyevin elmi-nəzəri, praktiki və təşkilati fəaliyyəti ilə yanaşı onun böyük şəxsi nüfuzunun təsirinin əhəmiyyəti göstərilmişdir.