Sosial işin idarə edilməsində sosial siyasət konsepsiyası: problemlər və perspektivlər - The concept of social policy in the management of social work: problems and prospects


Creative Commons License

Köçərli L., Köçərli Y.

Other, pp.302-310, 2021

  • Nəşrin Növü: Other Publication / Other
  • Nəşr tarixi: 2021
  • Səhifə sayı: pp.302-310
  • Adres: Bəli

Qısa məlumat

Hər bir dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biri məhz onun sosial siyasətidir. Sosial siyasət dövlətin həyata keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağını əsas götürərək, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir. Azərbaycan Respublikasının müasir sosial siyasətinin formalaşmasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə müəyyən edilmiş və  "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" imzalanmış sənəddə əks olunmuşdur. Azərbaycan dövlətinin sosial siyasət konsepsiyası sosial ədalətin bərqərar olunmasına, milli sərvətlərin artırılmasının təmin edilməsinə və milli sərvətlərin ədalətli bölgüsünün həyata keçirilməsinə istiqamətlənmiş proqramlar şəklində həyata keçirilən davamlı və dinamik prosesdir. Sosial siyasətin əsas hədəfləri Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında dolğun şəkildə öz əksini tapmışdır. Bu konsepsiyaya görə Azərbaycan Respublikasının sosial siyasət sahəsində başlıca hədəfi əhalinin bütün qruplarının ədalətli sosial təminatını həyata keçirməklə sosial rifah dövlətinin qurulmasıdır. Bu gün aztəminatlı ailələrə, müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi, əlillərin reabilitasiyası, ailə, qadın və uşaq problemlərinə yüksək diqqət, əhalinin məşğulluğunun təmin edilməsi, uğurlu gənclər siyasəti, cəmiyyətin hər bir üzvünün mənafeyinin nəzərə alınması Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətin iqtisadi imkanlarına uyğun olaraq vüsət almağa başladı. O cümlədən yoxsulluğun aradan qaldrılması üçün mühüm işlər görüldü.

Bir peşə və sosial elm intizamı olaraq sosial iş sosial siyasətlə sıx əlaqəlidir.  Sosial işin peşəkar məqsədi sosial problemləri həll edərək sosial rifah səviyyəsini artırmaqdan ibarətdir. Yəni,  işsizlik, yoxsulluq,  qayğıya ehtiyac, ayrıseçkilik, təcrid və s. sosial problemləri həll etməkdir.  Sosial siyasət isə sosial problemlərin həlli üçün planları, proqramları, xidmətləri və tətbiqləri formalaşdıran ən vacib vasitədir. Bu məqsədlə sosial problemlərin təhlili, bu problemlərin təməlində olan ehtiyacların  müəyyənləşdirilməsi və bu tələblərə cavab verən siyasət və tətbiq etmələrin reallaşması zamanı sosial iş  sosial siyasət intizamından çox faydalanır. 

Bu gün Azərbaycanda sosial iş ən çox ehtiyac duyulan xidmətlərdən biridir. Ölkəmizdə peşəkar sosial işin dövlət səviyyəsində təşkil ediləcəyi təqdirdə aşağıdakı nəticələr əldə edilə bilər:

• Yeni iş yerləri açılar;

• Müvafiq universitetlərdə hazırlanan peşəkar sosial işçi kadrları ixtisasları üzrə işlə təmin olunar;

• Çətin həyat şəraitində yaşayan, yoxsul və əlilliyi olan uşaqlı ailələrin problemləri tez bir zamanda və effektiv şəkildə yerindəcə həll olunar;

• Heydər Əliyev Fonduna, Prezidentə və Prezident Aparatına, müxtəlif nazirliklərə, özəl şirkət və təşkilatlara, tanınmış şəxslərə olan şikayət və yardım üçün müraciətlərin sayı azalar;

• Ölkə əhalisi arasında hökumətə qarşı neqativ münasibət, narazılıq və gərginlik aradan qalxar, intiharların sayı azalar. http://e-library.unec.edu.az/alisaweb/cs?action=getSubjectAllInfo&subjectId=750606&orgId=1000000&status_tab=yes