Ümumilli lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri mövzusunda” Beynəlxalq elmi konfrans,Gəncə Dövlət Universiteti, vol.6, no.V Hissə, pp.194-199, 2025 (Conference Book)
Although the digital economy, which covers all spheres of modern production and public life and is based on a qualitatively new type of changing information and telecommunication technologies, is in the process of formation, companies and countries leading in key areas of socio-economic development have a chance to achieve it. has a very strong potential. At the same time, we are talking about a competitive business that is taking more and more global forms in the field of efficiency, productivity and innovation. The problem of digitalization of the economy, the challenges facing business, the state and society as a whole, the challenges posed by the digital economy and the opportunities it provides are the subject of intensive understanding.
Rəqəmsal iqtisadiyyatın uğurlu inkişafı yalnız mikrosəviyyədə və makrosəviyyədə həyata keçirilən səylərin koordinasiyası zamanı mümkündür. Artıq buna görə aydınlaşdırmaq vacibdir ki, iqtisadiyyatın rəqəmsallaşması müasir müəssisələrdə biznes proseslərin idarə edilməsinə necə təsir göstərir, həmçinin hazırda fəal şəkildə formalaşan və rəqəmsal priniplərdə fəaliyyət göstərən sənaye platformaları müəssisələr arasındakı qarşılıqlı münasibətlərə hansı dəyişiklikləri daxil edir. Rəqəmsal konsepsiyalar və texnologiyalar fəaliyyətin bütün növlərini əsaslı şəkildə dəyişir, o cümlədən, istehsal – iqtisadi. Getdikcə onların daha çox sayı fərdi kompüterlərin, 195 kompyuter şəbəkələrinin, İnternetin tətbiq edilməsindən mobil cihazların (o cümlədən, smartfonların) hər yerdə istifadə edilməsinə qədər yol keçərək rəqəmsal formalar əldə edir. İstehsalat – təsərrüfat fəaliyyətinin idarə edilməsinin keyfiyyətcə yeni məqamları əşyaların internetinin fəal inkişafı ilə bağlıdır, bu inkişaf, öz növbəsində, internetin təkamülü və Rİ informasiya infrastrukturunun vacib bəndi kimi paylanmış şəbəkələrin inkişafı ilə şərtləndirilir. Bu zaman əşyaların interneti dedikdə cihazların müstəqilliyini və onların insanın iştirakı olmadan məlumatları ötürmək qabiliyyətini təmin edən kompüter şəbəkəsi ilə fiziki obyektlərin birləşməsi konsepsiyası başa düşülür. Ekspertlər göstərir ki, artıq bu gün bu bazada istehsal xərclərini və insan faktoru ilə şərtləndirilmiş qəzaları əhəmiyyətli dərəcədə aşağı salmaqla yığıcı xətlərin və bütöv müəssisələrin şəbəkə prinsipi üzrə işini təşkil etmək, istehsalat ehtiyatlarını optimallaşdırmaq və istehsalata kastomizasiya edilmiş (fərdi sorğularının ödənilməsinə yönəlmiş) xaraker vermək imkanı yaranır