İMADƏDDİN NƏSİMİNIN ƏSƏRLƏRİNDƏ SOSİAL VƏ HUMANİTAR FƏLSƏFİ İDEYALAR (Social, Humanitarian Philosophical Ideas in Imadeddin Nasimi's Works)


Creative Commons License

Əbdülhəsənov T.

SSRN electronic journal, vol.12, pp.1-12, 2019 (Peer-Reviewed Journal)

Qısa məlumat

Məqalədə İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatı tarixindəki tutduğu mövqe diqqətə çatdırılır. Onun poeziyasının bir sıra mühüm özəllikləri əsərlərindən müvafiq nümunələr verilməklə əsaslandırılır. Həmçinin Nəsimi irsinə dövlət qayğısı və belə qayğı nəticəsində onun poeziyasına daha da diqqətin artması məsələləri əks olunur. Bu işdə ulu öndər Heydər Əliyev və möhtərəm Prezident İlham Əliyevin xüsusi sərəncamları və klassik irsimizə göstərdikləri diqqət nəzərdən keçirilir. Qeyd olunur ki, sovet dövründə yayımlanması qadağan olunan Nəsimi irsi Heydər Əliyevin gərgin mübarizəsi nəticəsində geniş və kütləvi şəkildə nəşr olunmağa, Nəsimiyə həsr edilən tədbir və yubileylərin artmasına nail olundu. Müasir dövrdə də bu ənənə davam etdirilir və Nəsimi yaradıcılığı bir sıra elmlərin, xüsusilə humanitar elmlərin araşdırma obyekti kimi geniş tədqiqatlarda istifadə edilməkdədir.