İnformasiya iqtisadiyyatı və yaşıl texnologiyaların inkişaf perspektivləri


Creative Commons License

Əliyev M., Rüstəmova S.

10th INTERNATIONAL CONFERENCE ON LEADERSHIP, TECHNOLOGY, INNOVATION, AND BUSINESS MANAGEMENT, vol.552, pp.212-219, 2022 (Conference Book)

Qısa məlumat

Məqalədə informasiya iqtisadiyyatının inkişafında yaşıl texnologiyaların tətbiqi problemlərinə baxılmışdır. Qloballaşma şəraitində yaşıl iqtisadiyyatın formalaşmasının zəruriliyi və texnologiyaların tətbiqi izah edilir. Bundan başqa, məqalədə informasiya və biliklərə əsaslanan iqtisadiyyatın yaşıllaşdırılması problemləri müəyyən edilmişdir. Yaşıl texnologiyaların tətbiqi prosesi iqtisadi inkişafın yeni mərhələsinə keçid olduğundan bəhs edilir. Məqalədə yaşıl iqtisadiyyatın insan həyatında böyük rol oynaya biləcəyi haqqında fikirlər bildirilir. Azərbaycanda  yaşıl texnologiyaların perspektivlərindən bəhs olunur.  Tədqiqatda yaşıl iqtisadiyyatın formalaşmasının beynəlxalq və regional şərtləri təhlil edilir. İqtisadi fəaliyyət sahəsinin yaşıllaşdırılmasında texnologiyaların əhəmiyyəti əsaslandırılır. Yeni tip informasiya iqtisadiyyatının yaşıllaşdırılmasında taxnologiyaların tətbiqi və problemləri göstərilir.  Açar sözlər: informasiya iqtisadiyyatı, Yaşıl texnologiyalar, İKT, informasiya cəmiyyəti, yaşıl iqtisadiyyat, təmiz şəhər, ekoloji təhlükəsiz sistemlər.