UNEC, Baku, 2025
Dərslik
iqtisadçı ixtisası üzrə ali təhsil
alan tələbələr, doktorantlar, müəllimlər, maliyyəçilər, mühasiblər, auditorlar, iş adamları, o cümlədən maliyyə iqtisadi təhlillə maraqlananlar üçündür. Dərslikdə kommersiya
subyektlərinin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin nəzəri və tətbiqi
məsələləri müasir tələblərə uyğun təqdim edilir.
Dərsliyin birinci
hissəsində təsərrüfat subyektlərinin maliyyə
təsərrüfat fəaliyyətinin təhlilinin nəzəri əsasları, o cümlədən maliyyə-təsərrüfat
fəaliyyəti təhlilinin təşkilatın idarəetmə sistemində rolu və təşkilatın
təsərrüfat fəaliyyətinin təhlilinin iqtisadi-riyazi metodları verilmişdır.
İkinci hissə təsərrüfat subyektlərinin
fəaliyyətinin kompleks maliyyə təhlili
metodikası, o cümlədən maliyyə nəticələri, rentabellik və onun göstəricilər
sistemi, təsərrüfat subyektlərinin işgüzar fəallığı, maliyyə vəziyyəti,
inflyasiya və onun maliyyə nəticələrinə təsirinin təhlilinə xüsusi diqqət
yetirilir. Ayrı-ayrı fəsillər təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat
fəaliyyətinin səmərəliliyinin kompleks qiymətləndirilməsi metodikasına,
habelə maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılmasında funksional
diaqnostikanın metodologiyasına və metodikasına həsr olunmuşdur.
Dərslikdə maliyyə təhlilinin müxtəlif metodlarını
xarakterizə edən analitik hesablamaların konkret məsələlər üzrə nümunələri
verilmişdir.