The main tasks in the formation of effective tax management during the COVID-19 pandemic in Azerbaijan


Creative Commons License

Salayev R.

Statistika Xəbərləri elmi-praktik jurnal. , vol.2, pp.18-29, 2022 (Peer-Reviewed Journal)

Qısa məlumat

        The article notes that tax management is part of financial management. The object of financial science and practice is the financial economy of the state and enterprises.

Tax management involves making effective decisions in the field of managing incoming and outgoing tax flows. The adoption of such decisions is carried out within the framework of the tax process organized by the state at the level of the economy as a whole.

Tax administrations around the world are taking or considering measures to support taxpayers in general or specific categories of taxpayers affected by the COVID-19 pandemic.

In connection with the spread of the COVID-19 pandemic in the Republic of Azerbaijan and the introduction of a special quarantine regime from January 1, 2020, a decision was made to apply a temporary tax regime for a period of 1 year and amendments were made to the Tax Code.

Today, the Azerbaijani government is taking important steps to minimize the negative impact and provide more support to entrepreneurs during the pandemic.

  

         Məqalədə qeyd olunur ki, vergi menecmenti maliyyə idarəetməsinin tərkib hissəsidir. Maliyyə elminin və praktikasının obyekti dövlətin və müəssisələrin maliyyə təsərrüfatıdır.

Vergi menecmenti daxil olan və gedən vergi axınlarının idarə edilməsi sahəsində səmərəli qərarların qəbul edilməsini nəzərdə tutur. Belə qərarların qəbulu bütövlükdə iqtisadiyyat səviyyəsində dövlətin təşkil etdiyi vergi prosesi çərçivəsində həyata keçirilir.

Bütün dünyada vergi administrasiyaları COVID-19 pandemiyasından əziyyət çəkən ümumi və ya xüsusi kateqoriyalar üzrə vergi ödəyicilərini dəstəkləmək üçün tədbirlər görür və ya nəzərdən keçirir.

Azərbaycan Respublikasında COVID-19 pandemiyasının yayılması və 2020-ci il yanvarın    1-dən xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar 1 il müddətinə müvəqqəti vergi rejiminin tətbiqi barədə qərar qəbul edilib və müvafiq dəyişikliklər Vergi Məcəlləsinə əlavə edilib.

Bu gün Azərbaycan hökuməti pandemiya dövründə mənfi təsirləri minimuma endirmək və sahibkarlara daha çox dəstək vermək üçün mühüm addımlar atır.