Azərbaycanda istehsal olunan orqanik şərabların keyfiyyət xüsusiyyətlərinin qiymətləndirilməsi


Creative Commons License

Hüseynov M.

AMEA Mərkəzi Nəbatat Bağının Elmi əsərləri, vol.18, no.2, pp.55-62, 2022 (Peer-Reviewed Journal)

Qısa məlumat

As the production of organic products in Azerbaijan is currently preferred, this research work examines the present state of organic wine production in the country. Organic wine production was compared with traditional wine production, differences in product characteristics were discussed, and certification and the importance of organic wine production in Azerbaijan were highlighted. Analyzes were carried out on 19 samples of organic wine produced in the mountainous Shirvan region. It has been observed that organic wines are poorer than traditional wines in terms of aroma and bouquet, and that traditional wines, especially white wines, are better than organic wines in terms of color stability. In terms of digestibility, organic wines are better than traditional wines. They had the same performance in terms of drinkability. The content of sulfur dioxide (total SO2), one of the important indicators, fluctuated between 19.2-33.5 mg / l in wine samples, which is within the limits of the standards.

Bu elmi-tədqiqat işində orqanik məhsul istehsalına önəm verilən müasir dövrdə Azərbaycanda orqanik şərab istehsalının vəziyyəti araşdırılmışdır. Orqanik şərab istehsalı ənənəvi şərab istehsalı ilə qarşılaşdırılaraq müqayisəli şəkildə qiymətləndirilmiş, məhsul xüsusiyyətlərindəki müxtəlifliklər müzakirə edilmiş, sertifikatlaşdırma və Azərbaycanda orqanik şərab istehsalının əhəmiyyəti göstərilmişdir. Dağlıq Şirvan bölgəsində istehsal edilmiş 19 orqanik şərab nümunələri üzərində analizlər aparılmışdır. Orqanik şərabların aroma və buketinə görə ənənəvi şərablardan daha yoxsul, rəng stabilliyi baxımından da ənənəvi, xüsusilə ağ şərabların orqanik şərablara nəzərən daha yaxşı olduğu müşahidə edilmişdir. Həzm olunması baxımından isə orqanik şərablar ənənəvi şərablara nəzərən çox rahat qiymətləndirilmişdir. İçim rahatlığında isə eyni göstəriciyə malik olmuşdurlar. Mühüm göstəricilərdən olan kükürd 4-oksidin (ümumi SO2) miqdarı şərab nümunələrində 19,2-33,5 mq/l arasında tərəddüd etmişdir ki, bu da normativlərdə məhdudlaşdırılan hədlər daxilindədir.