Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri, no.İl: 8, Cild 8, pp.123-137, 2020 (Peer-Reviewed Journal)
Tədqiqatın məqsədi ölkəmizdə elektron biznesin inkişafı məqsədilə İKT bacarıqlarının artırılması yollarının müəyyənləşdirilməsidir. Dünya səviyyəsində informasiya və kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı bir çox sahələrə müsbət təsir edərək onların fəaliyyət formalarını dəyişdirmişdir. İKT-nin inkişafı nəticəsində meydana çıxan elektron biznes və elektron kommersiya istehsalçılar və istehlakçılar üçün çoxlu sayda faydaları olduğundan, tez bir zamanda geniş yayılmağa başlamışdır. Elektron biznes dedikdə bütün biznes fəaliyyətinin elektron formada reallaşdırılması nəzərdə tutulur. Onun formalaşması və inkişafına bir sıra amillər təsir edir. Bu amillərə müvafiq infrastrukturun mövcudluğu, istehlakçıların və istehsal müəssisələrinin İKT-dən istifadəsinin artması, istehsalçılar və istehlakçılar arasında e-biznesin faydalıqları haqqında məlumatların olması, onlayn ödəmə və çatdırılma xidmətinin, habelə İKT bacarıqlarının lazımi səviyyədə olmasını misal göstərə bilərik. Tədqiqat nəticəsində müəyyən olunub ki, ölkəmizdə e-biznesin inkişafına mane olan amillər içərisində İKT bacarıqlarının lazımi səviyyədə olmaması əsas məsələlərdəndir. Ölkədə İKT bacarıqlarının artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirmək olar. Təqdim edilən məqalədə e-biznesin inkişafı məqsədilə zəruri olan tədbirlər göstərilmişdir.