Azərbaycan Vergi jurnalı, vol.9, pp.101-109, 2020 (Peer-Reviewed Journal)
limitation of research.
Araşdırmanın əsas məqsədi XIX əsrin II yarısı - XX əsrin əvvəllərində Çar Rusiyasının Şimali Azərbaycanın neft
sənayesində və sənayenin digər sahələrində tətbiq etdiyi vergi siyasəti və onun formalaşmasında qaydaların
qəbul edilib həyata keçirilməsi, çarizmin Şimali Azərbaycanın neft sənayesində tətbiq etdiyi müstəmləkə
xarakterli uğursuz vergi siyasəti kimi məsələlər təhlil edilmişdir. Tədqiqatın metodologiyası olaraq tarixi
yanaşma, tarixi-müqayisəli təhlil, tarixi tədqiqatlarda riyazi araşdırma üsulu qəbul edilmiş, dünya tarix elminin
və vətən tarixşünaslığının son nailiyyətləri nəzərə alınmışdır.
Tədqiqatın nəticələrini neftli torpaqların, neft və neft məhsullarının vergiyə cəlb olunması, aksiz vergi
növünün tətbiq olunması, statistik rəqəmlərin açıqlanması təşkil edir. Tədqiq olunan dövrdə çarizmin Şimali
Azərbaycanın neft sənayesində vergi siyasəti, tədqiqatın hərtərəi təhlilinə aid elmi-tədqiqat işlərinin məhdud
olması araşdırmanın məhdudiyyəti kimi qəbul edilə bilər.
Tarixi ədəbiyyatda vergi siyasəti ilə bağlı pərakəndə halda olan məlumatların sistem halına salınıb təhlil edilərək
müvaq nəticələrin çıxarılması tədqiqatın praktiki əhəmiyyətini təşkil edir. Tədqiqatın orijinallığı və elmi
yeniliyi çarizmin Şimali Azərbaycanın neft sənayesində tətbiq etdiyi vergi siyasətinin tarixi ədəbiyyatda vergi
siyasəti ilə bağlı müxtəlif məlumatların sistem halına salınaraq təhlil və kompleks şəkildə tədqiq edilməsidir