Statistika xəbərləri , vol.950, pp.38-44, 2018 (Peer-Reviewed Journal)
Bazarın tutumu konkret dövr ərzində (adətən bir ildə) bazarda satılan əmtəələrin dəyər və ya natural ifadəsində həcmidir. Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı ilə məşğul olan müəssisə və təsərrüfatların bazar imkanlarının dəyərləndirilməsi, onların istehsal-satış fəaliyyətinin səmərəliliyinin təmin edilməsi, eyni zamanda əlaqədar dövlət strukturları tərəfindən bazar subyektlərinin fəaliyyətlərinin tənzimlənməsi üçün zəruri tədbirlərin işlənib hazırlanması bazarın tutumuna və onun dəyişməsinə təsir edən amillərin öyrənilməsini tələb edir.