Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, pp.327-331, 2012 (Peer-Reviewed Journal)
R.P. RÜSTƏMOV,
iqtisad elmləri namizədi, dosent
L.V. MƏMMƏDOVA
Azərbaycan Dövlət İqtisad Universiteti
(Bakı ş., İstiqlaliyyət küç. 6)
ÜÇOT V HESABATIN BEYNƏLXALQ STANDARTLARA UYĞUNLAŞDIRILMASININ AKTUAL MƏSƏLƏLƏRİ
Açar sözlər: mühasibat uçotu, hesabat, beynəlxalq standart, maliyyə.
Ключевые слова: бухгалтерский учет, отчет, международный стандарт, финансы.
Key words: accounting, account, international standard, finance.
Bazar iqtisadiyyatı şəraitində səmərəli və tətbiqmissi idarəetmə formasının yaradılması, vergi siyasətinin qüvvənin tələbləri səviyyəsində aparılması, müxtəlif iri maliyyəs tutumlu və tam milli layihələrin işlənib həyata keçirilməsi və bu kimi digər iqtisadi göstəricilərin uçotu və hesabatlarının tərtib edilməsi beynəlxalq standartlara uyğun mühasibat uçotu və hesabatların hazırlanmasını zəruri edir. Bununla əlaqədar olaraq son illərdə Respublikaımızda mühasibat uçotu və hesabatın təşkili və beynəlxalq praktika da qəbul edilmiş qaydalarla uyğunlaşdırılması istiqamətində bir sıra normativ hüquqi sənədlər hazırlanıb tətbiq edilməkdədir.
Mühasibat uçotu və hesabatın milli sistem standartları hazırlanarkən göstəriciləri özündə əks etdirməlidir:
Milli mühasibat uçotu və hesabatının şərh edilməsində və respublikamızda qəbul edilmiş normativ sənədlərin olması önəmliliyə malikdir. Belə ki, mühasibat uçotu və hesabatın təşkili olunmasında və onun beynəlxalq standartlara uyğunlaşdırılmasında bu sənəd xüsusi rol oynayır.
Hazırda Milli Mühasibat Uçotu ilə beynəlxalq təcrübədə tətbiq olunan mühasibat uçotu arasında aşağıdakı fərqləndirmə xüsusiyyətləri mövcuddur.