QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONLARINDA SAHİBKARLIĞIN İNKİŞAF PERSPEKTİVLƏRİ


Creative Commons License

Cəfərova Ü.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın inkişaf perspektivləri” mövzusunda RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANS , vol.590, pp.160-167, 2025 (Conference Book)

Qısa məlumat

Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafı ön plandadır. Azad olunmuş bu bölgələrdə özəl sektorun inkişafı məqsədilə əsas diqqət infrastrukturun qurulmasına yönəlib. Yolların çəkilməsi, enerji təchizatının bərpası və digər zəruri infrastrukturların formalaşdırılması sahibkarlıq üçün əlverişli mühit yaradır və investisiya axınını stimullaşdırır. Bu addımlar bölgədə sosial-iqtisadi canlanmaya səbəb olur və uzunmüddətli dayanıqlı inkişafa zəmin hazırlayır. Kiçik və orta biznes subyektlərinin dəstəklənməsi isə xüsusi önəm daşıyır. Onların maliyyə resurslarına çıxış imkanlarının artırılması, güzəştli şərtlərlə kreditləşmə mexanizmlərinin tətbiqi nəticəsində bu müəssisələrin fəaliyyət dairəsi genişlənmişdir. Dövlət tərəfindən həyata keçirilən bu siyasət yeni biznes təşəbbüslərinin reallaşmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə təkan verir. Məsələn, hesabat dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələrin demək olar ki, hamısı – 99,8 faizi kiçik və orta sahibkarlıq subyektlərinə aid olmuş, ayrılan güzəştli kreditlərin isə 93,4 faizi məhz bu kateqoriyaya yönəldilmişdir. Bu rəqəmlər dövlətin iqtisadi siyasətində kiçik və orta biznesin dəstəklənməsinin prioritet olduğunu açıq şəkildə göstərir. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq mühitinin formalaşdırılması məqsədilə zəmanət–subsidiya və güzəştli kredit mexanizmləri paralel şəkildə tətbiq olunur. Bu dəstək tədbirləri bölgədə sahibkarlığın bərpasını və inkişafını daha da sürətləndirir. Açar sözlər: İqtisadi rayonlar, regional inkişaf, Qarabağ iqtisadi rayonu, Şərqi Zəngəzur iqtisadi rayonu, Zəngəzur dəhlizi.