Microbiology and epidemiology in nutrition


Məhərrəmova M., Yusifova M., Qurbanova A., Babaşlı A. (Member Of Editors Board)

İqtisad Universiteti nəşriyyatı, Baku, 2022

  • Nəşrin Növü: Book / Textbook
  • Nəşr tarixi: 2022
  • Nəşriyyat: İqtisad Universiteti nəşriyyatı
  • Çap olunduğu şəhər: Baku
  • Adres: Bəli

Qısa məlumat

Əsasən iki bölmədən ibarət olan bu dərslik ümumi mikrobiologiyanın əsasları, epidemiologiya, müxtəlif  infeksion xəstəliklər, qida xəstəlikləri, epidemiyalar və onların yaranma səbəbləri haqqında bilikləri əhatə edir. Kitabda mikrobiologiya bölməsində epidemiyaların yaranmasında iştirak edən müxtəlif mikroorqanizmlərin sistematikası, morfologiyası, fizioloji xüsusiyyətləri, ekologiyası işıqlandırılmışdır.

Kitabın ümumi epidemiologiya hissəsində infeksion xəstəliklərin əsas xüsusiyyətləri, infeksiya törədiciləri,  infeksiyaların təzahür formaları, infeksion xəstəliklərin təsnifatı, infeksiya mənbəyinin zərərsizləşdirilməsi metodları barədə məlumat verilir.

Xüsusi epidemiologiya hissəsində müxtəlif Antorponoz  və zoonoz infeksiyaların, helmintozların etiologiyası, epidemiologiyası, patogenezi, klinikası, diaqnostikası nəzərdən keçirilir, onların profilaktikası barədə qısa məlumat verilir. Həmçinin, bu infeksiyaların yaranmasında qida amilinin rolu və qida təhlükəsizliyində sanitar-epidemioloji ekspertizanın rolu işıqlandırılır.

Hər bir qida mühəndisinə mikrobiologiya və epidemiologiyanı bilmək vacibdir. Dərsliyin məqsədi tələbələrin biliklərinin genişləndirilməsi və dərinləşdirilməsi, həmçinin onların peşəkarcasına aktiv həyat mövqeyi olan mütəxəssisə çevrilməsidir.