Post-konflikt dövründə Qarabağ iqtisadi rayonunda biznes mühitinin formalaşdırılması


Mahmudova V.

Tikintinin iqtisadiyyatı və menecment, Elmi-praktiki jurnal, vol.7, no.2, pp.17-24, 2024 (Peer-Reviewed Journal)

Qısa məlumat

Məqalədə münaqişədən sonrakı dövrdə Qarabağ iqtisadi rayonunda biznes fəaliyyətinin təşviqi və inkişafı üçün həyata keçirilən tədbirlər, sahibkarlığın və sərmayə qoyuluşunun təşviqi üçün dövlət tərəfindən həyata keçirilən strategiya araşdırılır. Eyni zamanda sahibkarların və investorların regiona cəlb edilməsində müasir infrastrukturun və qabaqcıl texnologiyaların əhəmiyyətindən bəhs edilir. Bundan əlavə, bu sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasına yönəlmiş vergidən azadolma və güzəştlər kimi dövlət tərəfindən verilən iqtisadi stimullar araşdırılır. Bütövlükdə, məqalədə işğaldan azad edilmiş ərazilərdə iqtisadi artım və canlanmanı stimullaşdırmaq məqsədi ilə Qarabağ iqtisadi rayonunda münaqişədən sonra biznes mühitinin formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilir. Açar sözlər: Qarabağ iqtisadi rayonu, kiçik və orta sahibkarlıq, investisiya, biznes mühiti.