A Z Ə R B A Y C A N SƏFƏVİ DÖVLƏTİ 1501- 1736-cı İLLƏR


Creative Commons License

Süleymanov N.

İqtisad Universiteti, Baku, 2018

  • Nəşrin Növü: Book / Textbook
  • Nəşr tarixi: 2018
  • Nəşriyyat: İqtisad Universiteti
  • Çap olunduğu şəhər: Baku
  • Açıq Arxiv Kolleksiyası: Rəqəmsal Yaddaş Kolleksiyası
  • Adres: Bəli

Qısa məlumat

1501-ci ildə əsası Şah İsmayıl tərəfindən qoyulmuş Azərbaycan Səfəvi dövləti 1736-cı ilədək mövcud olmuş, XVIXVII yüzilliklərdə beynəlxalq münasibətlər sistemində önəmli yer tutmuş, Şərq-Qərb iqtisadi-siyasi əlaqələrinin qurulmasında mühüm rol oynamışdır. Mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradılmasına nail olmaqla sosial-iqtisadi inkişafın müxtəlif pillələrində olan, dil, mədəniyyət və din baxımından müxtəlif olan bir çox xalqları vahid dövlət hakimiyyətində birləşdirmiş, ölkədə iqtisadiyyatın və mədəniyyətin inkişafını daha da sürətləndirmişdir. Səfəvi dövlətinin mövcudluğu dövründə Azərbaycanın və Azərbaycan xalqının Yaxın və Orta Şərqdə ən güclü etnosiyası amil kimi tarix səhifəsində rolu artmış, xalqımızın müstəqillik və azadlıq ruhu daha da möhkəmlənmiş, qüdrətli və möhtəşəm dövlətçilik ənənəsi yaranmışdır. Təəssüflər olsun ki, dövlətçilik tariximizin bu şanlı səhifəsi uzun müddət xarici ölkələrin tədqiqatçıları tərəfindən məqsədli şəkildə saxtalaşdırılmış və öz dövlətlərinin məkrli siyasətlərinin təsiri ilə təhrif edilmişdir. Sovet rejimi dönəmində də sovet ideoloqlarının təzyiqi ilə Səfəvi dövlətinin tarixi obyektiv, geniş və hərtərəfli tədqiqatdan məhrum olmuşdur. Milli tariximizin dərindən və hərtərəfli öyrənilməsi, tarixi həqiqətlərə obyektiv baxış ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin müstəqil dövlət quruculuğu xəttini yaradıcılıq və ləyaqətlə davam etdirən İlham Əliyevin göstərdiyi kimi “Respublikamızın döv3 lət müstəqilliyinin bərpasından sonra tarixi həqiqətlərə obyektiv baxış imkanlarının yaranması xalqımızın keçmişinin müasir tələblərə uyğun və azərbaycançılıq məfkurəsi işığında öyrənilməsi baxımından alimlərimiz qarşısında yeni perspektivlər açmaqla mühüm vəzifələr irəli sürülmuşdür”. Həqiqətən də tarixçilərimiz müstəqilliyimizin bərpasından sonra sovet rejiminin diktə etdiyi konsepsiyalardan, qoyduğu yasaq və qadağalardan xilas olaraq tariximizin obyektiv, real zəmində araşdırılmasına başlamış, sovet dövründə saxtalaşdırılmış problemlərin tarixi gerçəklik əsasında araşdırılmasına diqqət yönəltmişlər. Nəticədə Azərbaycan Səfəvi dövlətinin tarixinin tədqiqində obyektivlik bərpa edilmiş və bu istiqamətdə uğurlu araşdırmalar aparılmış və bir sıra elmi əsərlər işıq üzü görmüşdür. Dərs vəsaiti hazırlanarkən həmin əsərlərdən istifadə edilmişdir.