Azərbaycanın "yaşıl" aqrar ərzaq kompleksinin formalaşması və inkişaf perspektivləri


Xeyirxəbərov İ.

Konfrans materialı, vol.100, pp.255-261, 2022 (Conference Book)

  • Nəşrin Növü: Article / Article
  • Cild: 100
  • Nəşr tarixi: 2022
  • jurnalın adı: Konfrans materialı
  • Səhifə sayı: pp.255-261
  • Adres: Yox

Qısa məlumat

“Yaşıl” inkişaf  konsepsiyasının tətbiqinin tərəfdarlarının fikrinə görə mövcud iqtisadi sistem (“Qəhvəyi” iqtisadiyyat) əsasında inkişaf gələcək nəsillərin təlabatlarının ödənilməsi baxımından risklər doğurur və  resursların səmərəsiz istifadəsinə yol açır. Əvvəlki model  əsasında inkişaf insanların maddi rifahının yaşılaşdırılması baxımından  müəyyən nailiyyətlərin əldə edilməsinə imkan versə də, həlli böyük səylər tələb edən ciddi problemlər də doğurmuşdur. Sözügedən  konsepsiya əsasında inkişafın doğurduğu ən böyük və yaxud başqa sözlə desək qlobal problem isə ekoloji problemdir. Ona görə də “yaşıl” iqtisadi  model  əsasında inkişafa ehtiyac duyulur və bu model cəmiyyətin ətraf mühitlə əlaqəsinə əsaslanır.  Belə inkişaf uzunmüddətli dövrdə insanların maddi rifah halının yaxşılaşmasını təmin etməklə yanaşı, həm də resurslardan səmərəli istifadəni təmin etməli və sağlam ekoloji mühitin qorunub saxlanılmasına imkan verməlidir. Məhz resurslardan səmərəli istifadə sayəsində ətraf mühitə antropogen təsirlər azala və ekoloji tarazlıq qorunub saxlanıla bilər.