GLOBAL TENDENCIES AND MODERN AZERBAIJAN Materials of the republican scientific conference, Mingachevir, Azerbaijan, 5 - 06 April 2018, vol.1, no.1, pp.167-169, (Full Text)
Hesabatlılığın və Ģəffaflığın təkmilləĢdirilməsi zərurəti
Hacıyeva Aynur Sabir qızı
Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı
Azərbaycan Respublikası iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası, dövlət
idarəetmə sistemində islahatların aparılması prosesi, həyata keçirilən özəlləşdirmə, sahibkarlıq
mühitinin formalaşdırılması, maliyyə mənafeləri obyektiv olaraq heç də həmişə üst-üstə düşməyən
iqtisadi qrupları özündə birləşdirən təsərrüfat subyektlərinin yaranması və inkişafı, əksər nazirlik və
idarələrdə mütərəqqi maliyyə nəzarəti forması kimi qəbul edilmiş beynəlxalq standartlara cavab
verən audit sisteminin qurulmasını tələb edir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş ―Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı‖nın 13.2-ci bəndinə əsasən ―Beynəlxalq təcrübə nəzərə alınmaqla auditor xidmətinin inkişaf
konsepsiyasının 2012-2020-ci illər‖ hazırlanması Auditorlar Palatasının qarşısında bir vəzifə olaraq
qoyulmuşdur. Həmin konsepsiyanın razılaşdırılmış planına əsasən giriş, 5 fəsil və 16 bölmədən
ibarət hazırlanması nəzərdə tutulmuş və iş başa çatdırılmışdır. Belə ki, Maliyyə Nazirliyi və
Hesablama Palatası ilə birlikdə daxili audit haqqında qanunvericiliyin təkmilləşdirilməsi üçün
təkliflərin hazırlanması, Vergilər Naziriliyi ilə birlikdə məcburi auditdən yayınmaya görə inzibati
məsuliyyətin tətbiqi ilə bağlı mexanizmlərin müəyyən edilməsi üçün tədbirlərin görülməsi, habelə
müstəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar tədbirlərin davam etdirilməsi
və ―Beynəlxalq təcrübə nəzərə alınmaqla auditor xidmətinin inkişaf konsepsiyası‖nın (2012-2020-ci
illər) layihəsinin hazırlanması Auditorlar Palatası tərəfindən həyata keçirilir. Korrupsiyaya qarşı
mübarizə sahəsində 2003-cü ildən bu günədək 3 dövlət proqramı qəbul edilib, onların müddəaları
müvəffəqiyyətlə icra edilib. Hazırda ―Açıq Hökumətin təĢviqinə dair 2016-2018-ci illər üzrə ən
168
son Milli Fəaliyyət Planı” mövcuddur, özündə korrupsiyaya qarşı mübarizə məsələlərini ehtiva
edir.
2016-cı ilin dekabrında Prezident İlham Əliyev tərəfindən ―Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” təsdiq olunub. Dövlətimizin başçısının
iqtisadi siyasətinin, o cümlədən strateji yol xəritəsinin əsasını da hesabatlılıq və şəffaflıq prinsipi
təşkil edir. Ümumi aspektlə yanaşı 11 istiqamətdə aparılan Strateji Yol Xəritəsində cəmiyyətin 3
institutunun vəhdəti təmin olunub: dövlət, sahibkarlıq və vətəndaşlıq triadası. [2.səh147].
Sevindirici haldır ki, Strateji Yol Xəritəsində də ―Azərbaycan 2020: gələcəyə Baxış‖ inkişaf
konsepsiyasından törəyən müddəalar var və bir növ bu sənədlər arasında varislik təmin olunub.
2016-cı il ərzində 38 sərbəst auditorun, 67 auditor təşkilatının (o cümlədən 4 xarici auditor
təşkilatının filialı və nümayəndəliyi və 18 xarici investisiyalı auditor təşkilatı) auditor fəaliyyətini
həyata keçirmək hüququ olmuşdur. 37 sərbəst auditor və 67 auditor təşkilatı tərəfindən Auditorlar
Palatasına öz fəaliyyətlərinə dair hesabatlar təqdim edilmişdir. Təqdim edilmiş hesabatlara əsasən
müəyyən edilmişdir ki, hesabat dövründə təsərrüfat subyektləri ilə 56 862 165,5 manat məbləğində
3540 müqavilə bağlanmışdır. Bağlanmış müqavilələrin xüsusi çəkisi xarici auditor təşkilatlarının
filial və nümayəndəlikləri üzrə sayına görə 14,0% və məbləğinə görə 64,4%, xarici hüquqi şəxslərin
ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə sayına görə 14,9% və məbləğinə görə
25,5%, yerli auditor təşkilatları üzrə sayına görə 13 43,2% və məbləğinə görə 6,9%, sərbəst
auditorlar üzrə sayına görə 27,9% və məbləğinə görə 3,2% təşkil etmişdir. 2015-ci il ilə müqayisədə
2016-cı ildə bağlanmış müqavilələrin sayı 3094-dən 3540-a qədər, yəni 446 ədəd və ya 14,4%
artmış, məbləği isə 49 106 089,0 manatdan 56 862 165,5 manata qədər, yəni 7 756 076,5 manat və
ya 15,8% artmışdır [3, səh13-19].
Korrupsiyadan törəyən haqsız rəqabət amili də real iqtisadiyyatın inkişafına ciddi mane olur.
Məhz bunun nəticəsində sahibkarlıq fəaliyyətində əsassız müdaxilə və maneə halları mümkün olur,
istehlakçıların hüquqları pozulur.
Korrupsiya dövlət vəsaitlərindən istifadənin səmərəliliyini də nəzərəçarpacaq dərəcədə aşağı
salır. Beynəlxalq qurumların araşdırmaları daha maraqlı asılılığı da üzə çıxarmışdır. 132 ölkənin
timsalında korrupsiya səviyyəsi ilə onun rəqabətqabiliyyətliliyi arasında qarşılıqlı əlaqənin olduğu
təsdiqlənmişdir. Belə ki, dünyada elə bir ölkə yoxdur ki, eyni zamanda həm yüksək korrupsiya
səviyyəsinə, həm də yüksək rəqabətqabiliyyətliliyə malik olsun. Eyni zamanda az korrupsiyaya
uğramış və rəqabətqabiliyyətliliyi aşağı olan ölkəyə də rast gəlinməmişdir. Hesablaşmalara görə,
korrupsiyanın səviyyəsi ilə rəqabətqabiliyyətlilik arasında qarşılıqlı əlaqə (korrelyasiya) əmsalı 0,87
təşkil edir ki, bu da öz növbəsində, belə əlaqənin çox güclü olduğuna dəlalət edir. Korrupsiyanın
azaldılması rəqadətqabiliyyətliliyi artırır, kiçik, orta və iri biznesi inkişaf etdirir, inflyasiya
səviyyəsini aşağı salır, yoxsulluğu azaldır, xalqın güzəranını yüksəldir ki, bu da yalnız
iqtisadiyyatın səmərəliliyinin yüksək olması şəraitində mümkündür.
Aparılan təhlillər sübut edir ki, Azərbaycan iqtisadiyyatının inkişafına dair Strateji Yol
Xəritəsində iqtisadiyyatımızda mövcud olan problemlərin həlli, hesabatlılığın yüksək səviyyədə
qurulması və şəffaflığın artırılması bağlı olan çatışmazlıqların aradan qaldırılması iqtisadi siyasətin
və islahatların effektivliyinin artırılmasının mühüm bir amili kimi qiymətləndirilir.
Ədəbiyyat
1. Azərbaycan Respublikasinda auditor xidmətinin inkişaf konsepsiyasi (2012-2020-ci
illər)Baki –2013
2. Azərbaycan İqtisadiyyatının Strateji Yol Xəritəsi: Hesabatlılıq və şəffaflıq problemləri
(Beynəlxalq Elmi-Praktik Konfrans., Bakı, 21-23 sentyabr 2017-ci il).
3. Azərbaycan Respublikasi Auditorlar Palatasinin 2016-Cı İl Üzrə Fəaliyyətinin Yekunlarina
Dair Hesabat, Bakı-2016.
4. V.T.Novruzov ―Maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir‖, Azərbaycan
qəzeti N230, 22.10.2015
5. www.audit.gov.az