DETEKTİV ƏSƏRLƏRİN DİLİNDƏ SİNONİMLƏRDƏN İSTİFADƏ İMKANLARI


Creative Commons License

Əhmədova S.

Filologiya məsələləri, pp.237-240, 2024 (Peer-Reviewed Journal)

Qısa məlumat

əzi dilçilər sinonimlərin dildə varlığını qəbul etməsələr də, fikrin dəqiq ifadəsi üçün sinonimlərin rolu danılmazdır. Sinonimlər. xüsusiə bədii əsərlərdə geniş istifadə imkanına malikdir. Detektiv əsərlər bədii əsər olduğundan sinonimlərdən istifadə obrazlılığın, emosionallığın meydana çıxmasında əhəmiyyətli yer tutur.    Dilçilik ədəbiyyatında sinonimlərdən istifadənin əsas səbəbi kimi yersiz təkrardan qaçmaq, təkrarçılığın yaratdığı yoruculuğa yol verməmək göstərilir. Bu funksiya, əslində sinonimliyin ilkin şərti kimi qəbul edilir. Detektiv əsərlərin də dilində olan sinonimlərin eyni məqsədlə işlədilməsi faktı ilə tez-tez rastlaşmaq olur. Müxtəlif nitq hissələrinə aid sinonimlərə rast gəlmək olur, lakin isim, sifət və feillərə aid nümunələr daha çox diqqəti çəkir. Sinonimər həm mütləq, həm nisbi xarakter daşıyır. Digər tərəfdən, ayrılıqda sinonim səciyyəsinə malik olmayan sözlərin də cümlədə sinonim münasibətdə olduğunu görmək mümkündür. Belə söz və ifadələr kontekstual sinonimlər adlanır; onların ayrılıqda kəsişən tərəfləri yoxdur. Detektiv əsərlərdə sinonimliyin bir cəhəti də var ki, bu qarşılıqlar bir-birindən uzaq cümlələrdə oldiğu kimi, ardıcıl cümlələrdə də istifadə edilir. Belə ki, daha çox danışıq dili xüsusiyyətlərinə malik olan belə əsərlərin dilində eyni sözün ardıcıllığı da xarakterikdir, lakin yazıçı bu zaman təkrarı aradan qaldırmaq üçün sinonimlərdən məharətlə istifadə edir. Həm də bu zaman həqiqi mənalı sözlə məcazi mənalı sözün sinonimliyindən də məharətlə istifadə edilir. Sinonimik münasibətlə bağlı bir cəhət də odur ki, bəzən eyni mənanı vermək üçün təsdiqdə olan sözlə başqa sözün inkar formasından istifadə olunur. Bu zaman sözlər (feillər) ilkin halda, yəni başlanğıc formada antonim münasibətdə olurlar. Məsələn, “cəsarət etmək” və “qorxmaq” antonim olduğu halda, “cəsarət etmirdi” və “qorxurdu” şəklində bu sözlər biri digərinin yerində işlənə bilir. Sinonimlər eyni nitq hissəsinə aid sözlərdir, lakin bəzən bu sinonimlərdən biri başqa nitq hissəsinin tərkibində qarşılıqlı işlənməli olur. “Adət” və “vərdiş” sözləri sinonimdirlər, lakin bəzən “adət etmişdi” mürəkkəb feili ilə “vərdiş” qarşılaşdırılıb işlədilir. Bütün bunlar göstərir ki, detektiv əsərlərin dilindəki sinonimlik zəngin və rəngarəng xüsusiyyətlərə malikdir. Açar sözlər: sinonim, detektiv əsər, semasiologiya, üslubi sinonim, kontekstual sinonim, nisbi sinonim