MÜASİR DÖVRÜN TRENDLƏRİ: “YAŞIL İQTİSADİYYAT VƏ DAYANIQLI İNKİŞAF” İQTİSADİYYAT VƏ SOSİAL ELMLƏR SAHƏSİNDƏ TƏDQİQATÇILARIN I BEYNƏLXALQ KONFRANSI KONFRANS MATERİALLARI , vol.6, pp.389-395, 2024 (Conference Book)
Tədqiqatın predmeti Azərbaycanın kənd təsərrüfatı sektorunda
sahibkarlıq fəaliyyəti subyektlərinin innovativ fəaliyyətinin əsası kimi “yaşıl
iqtisadiyyat”ın inkişafının nəzəri-praktiki aspektləridir. Tədqiqatın məqsədi
yerli və xarici alimlərin tədqiqatları əsasında işğal olunmuş ərazilərimizin
azad edilməsindən sonrakı dövrdə bu ərazilərin ölkə iqtisadiyyatına
reinteqrasiyası məqsədilə kənd təsərrüfatı sektorunda sahibkarlıq subyektlərinin
fəaliyyətində “yaşıl iqtisadiyyat”ın tətbiqi üçün praktiki tövsiyələr
hazırlamaqdır. Tədqiqatın vəzifələri sırasına kənd təsərrüfatı üzrə korporativ
sektorun subyektərinin fəaliyyətində “yaşıl” texnologiyaların tətbiqi məsələlərinin
araşdırılması, indiki şəraitdə “yaşıl” iqtisadiyyatın innovativ
texnologiyalarının kənd təsərrüfatına tətbiqində təbii ehtiyatlardan səmərəli
istifadə yollarının əsaslandırılması, “yaşıl” texnologiyaların ətraf mühitin
mühafizəsinə tətbiqi probleminin mürəkkəbliyi səbəblərinin şərhi, “yaşıl”
iqtisadiyyat konsepsiyasına texnoloji yanaşmanın əsaslandırılması “yaşıl”
iqtisadiyyatın texnologiyalarının inkişafı və tətbiqinin normativ-hüquqi əsaslarının
mövcud vəziyyətinin təhlili, kənd təsərrüfatında “yaşıl” iqtisadiyyatın
innovativ texnologiyalarının tətbiqi sahəsində əsas vəzifələri və prioritet istiqamətləri,
istehsal fəaliyyətinin ekolojiləşdirilməsi və ona mərhələli keçid üçün strateji
planlaşdırmada “yaşıl” iqtisadiyyat prinsiplərinin tətbiqi daxildir. Tədqiqatın
aparılması prosesində sistemli yanaşma, iqtisadi-statistik təhlil və sintez,
müqayisə, məntiqi ümumiləşdirmə kimi üsullardan istifadə edilmişdir. Tədqiqatın
nəticələrindən inzibati-ərazi subyektlərinin kənd ərazilərinin inkişafı üzrə
strateji planların işlənib hazırlanmasında istifadə oluna bilər.