Maliyyə sisteminin tənzimlənməsi problemləri


Creative Commons License

Qurbanova T.

AMEA İqtisadiyyat İnstitutu “Elmi əsərlər” toplusu, vol.0,5, no.4, pp.54-61, 2015 (Peer-Reviewed Journal)

Qısa məlumat

Maliyyə sistеminin və bütövlükdə iqtisadiyyatın dövlət tənzimlənməsi maliyyə, pul-krеdit və fiskal siyasət tədbirlərindən istifadə оlunmasını nəzərdə tutur. Dövlət хərcləri və gəlirləri büdcə-vеrgi siyasətini təşkil еdir. Əgər hökumət gəlirlərindən çох хərcləyirsə, о iqtisadi artıma хidmət еdir, çünki о, bu zaman əlavə alıcılıq qabiliyyəti fоrmalaşdıra bilər. Maliyyə sistеminin tənzimlənməsində aparılan maliyyə siyasəti müəssisələr, istеhlakçılar və dövlət оrqanlarına vеrilən krеditlər, bu krеditlərin həcmi və qiyməti vasitəsilə iqtisadiyyata təsir еtmək siyasəti kimi qiymətləndirilir.

Bazar iqtisadiyyatının transformasiyası şəraitində maliyyə sistemi cə­miy­yə­tin həyatının ictimai-siyasi və sosial-iqtisadi tərəflərini əks et­di­rir. Çoxsəviyyəli struktura malik olmaqla, o, ölkənin maliyyə re­surslarını təyinatına görə müxtəlif pul fondları formasında əha­tə edir. Pul fondları ya qanunverici və icra orqanlarının şəx­sin­də dövlətin (mərkəzləşdirilmiş), ya da hüquqi və fiziki şəxs­lə­rin (qeyri-mərkəzləşdirilmiş) mülkiyyətində olur

Müasir mərhələdə bazar transformasiyaları beynəlxalq kapital axınlarının ehtiyat aktivlər şəklində artması, beynəlxalq səhm, istiqraz bazarlarının və bank kreditləşdirilməsinin inkişafı, dünya maliyyə “memarlığı”nın yenidən qurulması, regional valyuta qruplaşdırmalarının formalaşması tendensiyalarının təsiri altında baş verir.  

Məlumdur ki, qeyd olunan tendensiyalar və hərəkət istiqamətləri dövlətlərin, xüsusilə də inkişaf  edən iqtisadiyyata malik dövlətlərin  maliyyə sisteminə əhəmiyyətli təsir göstərir. Onlar bir tərəfdən proqressiv inkişafı təmin edir və bütün sistem və elementlərin təkmilləşdirilməsinə təkan verir, digər tərəfdən – qeyri-təkmil maliyyə sektorları və iqtisadi sistemlər şəraitində kifayət qədər çətin tənzimlənən və qarşısı alınan sistem riskinin yaranması mənbəyidir.