ƏHMƏD CAVAD YARADICILIĞINDA TÜRKÇÜLÜK


Creative Commons License

Hüseynova A.

Dil və ədəbiyyat, vol.1, no.1, pp.404-407, 2023 (Peer-Reviewed Journal)

  • Nəşrin Növü: Article / Article
  • Cild: 1 Say: 1
  • Nəşr tarixi: 2023
  • jurnalın adı: Dil və ədəbiyyat
  • Səhifə sayı: pp.404-407
  • Adres: Bəli

Qısa məlumat

Ahmed Javad, who has exceptional merits in the development of literature and culture of the 20th century, is one of the great figures who called the nation, entrusting its culture, literature and science. The diversity of A. Javad's work in terms of ideas and problems, the development of feelings of national citizenship clearly reflects his place and position in the history of literary thought. The fact that the initial creative period of the poet came to the years of development and the birth of the ideas of national statehood, began him as a "poet of independence", further increased interest in Javada's poetry. The poems "The way to the Turkic flag", "Morning Star", "Azerbaijan, Azerbaijan", "Mountains", "My Ganja" and others are poems written during the years of the Azerbaijan Democratic Republic. There is great courage and a call to freedom in these verses. In the poems "Turkish Army", "Martyrs", "Azerbaijani Flag", "Flag of the Fatherland", etc., the struggle for independence in the country is sung. Such poems as "Bismillah", "Arise", "Motherland of the Young", telling about brave sons, about their determination to give their lives for the Motherland, instill patriotic feelings in the people. During this period, most of the poet's poems reflect the thought "Once a banner raised will never fall!". Pan-Turkism lies in ideology, at the basis of each poem of the poet. In the article, analyzing the poems of Ahmed Javad, his ideology of pan-Turkism isrevealed.

XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmiş Əhməd Cavad xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Ə.Cavad yaradıcılığının çoxşaxəliyi, ideya və problematika baxımından, milli vətəndaşlıq duyğularının inkişafı onun ədəbi fikir tarixindəki yerini, mövqeyini özündə daha aydın şəkildə əks etdirir. Şairin ilkin yaradıcılıq dövrünün milli dövlətçilik ideyalarının inkişafı və yaranması dövrünə düşməsi, "istiqlal şairi" kimi tanınması onun poeziyasına marağı daha da artırır. “Yol ver türkün bayrağına”, “Dan ulduzu”, “Azərbaycan, Azərbaycan”, “Dağlar”, “Gəncəm, hey” və s. Azərbaycan Demokratik Respublikasının yarandığı dövrdə yazılan şeirlərdəndir. Bu şeirlərdə böyük şücaət, azadlığa səsləyiş hiss olunur. Əhməd Cavadın “Türk ordusuna”, “Şəhidlərə”, “Azərbaycan bayrağına”, “Elin bayrağı” və s. şeirlərində ölkədə müstəqillik uğrunda gedən mübarizələr tərənnüm olunur. "Bismillah", "Qalx", "Gəclər yurdu" kimi şeirlərdə Vətən üçün canından, qanından keçən igid oğullardan, onların əzmindən söz açaraq xalqa vətənpərvərlik hissləri aşılayır. Bu dövrdə şairin şeirlərinin əksəriyyətində “Bir kərə yüksələn bayraq bir daha enməz” ideyası əks olunur. Əhməd Cavadın hər bir şeirinin məfkurəsində türkçülük yatır. Məqalədə Əhməd Cavadın şeirləri təhlil olunaraq türkçülük ideologiyası üzə çıxarılır