Ləman nəşriyyatı poliqrafiya MMC, Baku, 2025
Müəllifdən
Dərslik qida məhsullarının biokimyası elminin inkişafı haqqında müasir biliklər əsasında tərtib edilmişdir. Qida məhsullarının biokim yası təbiət elmləri dövrünün fundamental elmi hesab olunur. Qida məhsullarının istehsalı onların əsas komponentlərinin – su yun, zülalların, mineralların, lipidlərin, karbohidratların, duzların və vitaminlərin çevrilməsinə əsaslanır. Bu baxımdan qida məhsullarının biokimyası kursunda qida komponentlərinin saxlanması, emalı zama nı kimyəvi təbiətinin, biokimyəvi dəyişikliklərinin öyrənilməsi və nə zərdən keçirilməsinə mühüm yer ayrılır. Qida mühəndisləri üçün qida məhsullarının biokimyası – fundamental elmi fəndir. Onun vəzifəsi heyvan və bitki mənşəli məhsulların emalı üçün qida mühəndisliyi proseslərini nəzəri və elmi cəhətdən əsaslandırmaqdadır. Hazırki dərsliyin məqsədi – tələbələri qida məhsullarının bio kimyasının nəzəri əsasları ilə tanış etməkdir. Bu dərslik əvvəllər əldə edilmiş biliklərin tətbiqini və möhkəmləndirilməsini, həmçinin qida məhsullarının biokimyası fənni üzrə tələbələrdə əsas biliklərin forma laşdırılmasını nəzərdə tutur. Beləliklə, dərslik tələbələrə aşağıdakı bilikləri mənimsəməyə kömək edəcək: - peşə fəaliyyətində təbii-elmi fənlərin əsas qanunlarından isti fadə, riyazi analiz və modelləşdirmə üsullarının tətbiqi, nəzəri və eks perimental tədqiqatlar; - biokimyəvi göstəricilər nəzərə alınmaqla kənd təsərrüfatı məh sullarının keyfiyyətinin qiymətləndirilməsi bacarığı və onun saxlan ması, emalı üsulunun təyini; - kənd təsərrüfatı xammalının və onun emal məhsullarının key fiyyətinin, təhlükəsizliyinin Dövlət Standartlarının tələblərinə uyğun olaraq qiymətləndirilməsi bacarığı.