TÜRK DÜŞÜNCƏSİNDƏ "QAN"IN SEMANTİK MƏNALARI


Creative Commons License

Allahverdiyeva V.

DİL VƏ ƏDƏBİYYAT Beynəlxalq elmi –nəzəri jurnal, vol.1, no.121, pp.347-349, 2023 (Peer-Reviewed Journal)

Qısa məlumat

Türk xalqlarının düşüncəsində qədim adət-ənənələrə söykənən məsələlər epos yaradıcılığında əks olunur. Əks olunan informasiyaların dərin semantik qatları arxetiplərin araşdırmaları ilə açıla bilər. Belə arxetiplərdən də biri qanla bağlıdır. Canlıların yarandığı gündən qan həyatın ən önəmli bir hissəsi olmuşdur. Türk düşüncəsində qan arxetipi millimənəvi dəyərləri özündə əks etdirir. "Qan" arxetipik simvolu türk təfəkkürünü - doğuluşu, ölümü, xaosu, kosmosu, bədən, ruh, gen, ağıl, duyğu gücünü əks etdirir. Qədim türk düşüncəsindəki qan bağını öyrənmək üçün əski türk dastanlarında, oğuznamələrdə, ümumtürk eposlarında - "Ərgənəkon", “Oğuz Xaqan”, “Alp ər Tonqa”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və s. “qan” arxetipinin xüsusiyyətləri araşdırılmışdır. Həm xeyir, həm şər motivlərini özündə ehtiva edən qan simvolik olaraq yaradılış və ölüm nişanı hesab olunur. Nəsil artımı, bir soyun yaradılışı qan vasitəsilə, ölüm isə qan axıdılması ilə həyata keçir. Elə ona görə də "qan bağı", "qan qardaşı" deyiləndə ailə və qohumluq bağlarını, "qan düşmənçiliyi" deyiləndə isə ailədən, nəsildən birinin öldürülməsi, intiqamı nəzərdə tutulur. Məqalədə türk dastanlarındakı qan qohumluğu münasibətləri də araşdırılır.