İLK NÖVBƏDƏ LOGİSTİKA: QARABAĞIN VƏ ŞƏRQİ ZƏNGƏZURUN NƏQLİYYAT LAYİHƏLƏRİNİN REGİONUN İNKİŞAFINA TƏSİRİ


Creative Commons License

Abdullayeva G.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın inkişaf perspektivləri” mövzusunda RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANSI, no.1, pp.134-138, 2025 (Conference Book)

Qısa məlumat

Logistika bəşəriyyətin ən əsas ehtiyaclarından biri olan öz varlığını qoruyub saxlamaq və təhlükəsizlik məsələlərini təmin etmək faktı ilə inkişaf etmişdir. İnsan cəmiyyətləri təhlükəsizlik məsələlərini həyata keçirmək üçün qurduqları müdafiə güclərini, qidalanmalarını və digər ehtiyaclarını ödəmək üçün logistika sistemlərini inkişaf etdirmişlər. Logistika əvvəlcə orduların təchizatını dəstəkləmək üçün fəaliyyətlər üçün istifadə edilən bir anlayış olaraq ortaya çıxdı. Tarixi fonda iqtisadiyyatın və ticarətin inkişafından, texnoloji ixtiralardan və müəssisə səviyyəsində fəaliyyətin inkişafından asılı olaraq hərbi logistika biznes logistikasına çevrilmiş və bu vəziyyət 1950-ci illərdən sonra sürətlə inkişaf etmişdir. Texnoloji və iqtisadi inkişafla paralel olaraq, biznes logistikasının diqqət mərkəzi ilkin olaraq fiziki paylama kimi xarakterizə olunurdu, çünki malların fiziki paylanması konsepsiya idi. Bununla belə, biznes logistikası funksional olaraq Logistika İdarəetmə və Təchizat Zəncirinin İdarə edilməsinə ayrılmışdır. İqtisadi müstəqilliyini qazanmış və bazar iqtisadiyyatı hesabına inkişaf edən ölkələrdə logistikanın tətbiqi təcrübəsi az olsa da, bu sahənin mütəxəssisləri arasında “logistika” termininin mənası ilə bağlı hələ də konsensus yoxdur. Onun üçün də “logistika” termini uzun tarixi semantik ziddiyyətlərə gəlib çıxır. Logistika idarəetmə sistemini onun mürəkkəbliyini və müxtəlifliyini nəzərə alaraq, sistemli yanaşma əsasında nəzərdən keçirir. Sonuncunun özəlliyi ondan ibarətdir ki, tədqiq olunan obyektin hər bir vəziyyəti və onların məcmusu qarşılıqlı əlaqədə, davamlılıqda və inkişafda, keyfiyyətcə yeni vəziyyətə keçiddə nəzərə alınır. Açar sözlər: İqtisadi rayonlar, yol infrastrukturu, Zəngəzur dəhlizi, nəqliyyat layihələri, iqtisadi inteqrasiya