AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI: TARİXİ İNKİŞAF MƏRHƏLƏLƏRİ


Creative Commons License

Həsənov V.

Monoqrafiya Azərbaycanda Həmkarlar İttifaqlarınınyaranmasının 120 illiyinə həsr olunur Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu Müasir fəlsəfə problemləri şöbəsi, SOSİALLAŞMA PROSESLƏRİNINPROBLEMLƏRİ, vol.792, no.18 cild, pp.57-83, 2025 (Peer-Reviewed Journal)

Qısa məlumat

Azərbaycanda fəhlə sinfinin ən kütləvi təşkilatlarındanolanilkhəmkarlar ittifaqları Rusiyada baş vermiş 1905-1907-ci illər burjuademokratik inqilabı dövründə yaranmışdır. Rusiya imperiyasınınmüxtəlifsənaye şəhərlərində olduğu kimi 1905-ci ildə Bakıda da ilkhəmkarlartəşkilatları meydana gəldi. 1905-ci il oktyabrın 17-də Bakıda konka(at-dəmir yolu) fəhlə və qulluqçularının həmkarlar ittifaqı fəaliyyətəbaşladı.Həmin ilin noyabrında mətbəə işçiləri həmkarlar ittifaqının əsası qoyuldu.1905-ci ildə mühəndis və texniklərin, həkimlərin, müəllimlərin, vəkillərinhəmkarlar ittifaqları yarandı. Bu dövrdə kontor qulluqçuları, şəhər,mədən qulluqçuları, ticarət gəmiçiliyi qulluqçularının xırda həmkarlarittifaqları da mövcud idi