İQTİSADİ ARTIM VƏ İCTİMAİ RİFAH, vol.4, no.1, pp.541-545, 2018 (Conference Book)
Xülasə.M əqalədə ölkə əhalisinin ərzaq məhsulları ilə təminatında mövcud vəziyyətin təhlili aparümış, A zərbaycanın yeyinti sənayesində rəqabətədavam lı məhsulların istehsalında yaranmış problem lər araşdırılaraq üzƏ çıxarılmış və ölkədə yüksək rəqabət qabiliyyətli Ərzaq məhsulları istehsalının artırılması yolları müəyyən edilərək əsaslandırılmışdır. Açar sözlər: ərzaq məhsulları, rəqabətqabiliyyətli, ərzaq təhlükəsizliyi, yeyinti sənayesi, Strateji Yol Xəritəsi. Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliyi birbaşa qeyri-neft sektorunun inkişafı ilə bağlıdır və bu istiqamətdə həyata keçirilən müəyyən uğurlu iqtisadi islahatlar öz nəticələrini uzunmüddətli və dayanıqlı inkişafa nail olunmasında, neft-qaz gəlirləri bazasında iqtisadiyyatının rəqabətqabiliyyətliyinin yaradılmasında verir. Sosial-iqtisadi proseslərin intensivləşdirilməsi, son illərdə qeyri-neft sektorunda dayanıqlı inkişafın nəticəsində qeyri-neft sənayesində 2017-cü ildə 3,8 faiz illik artım əldə edilmişdir [Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabat. Bakı: 2018]. Lakin ölkədə emal sənayesinin gələcək inkişaf prosesi xeyli dərəcədə daxili bazarda qiymət rəqabətqabiliyyətliyinin səviyyəsinin yüksəldilməsindən asılıdır.