Üzeyir Hacıbəyli - 140 “GƏNCƏ ĠNCƏSƏNƏTİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSIN MATERİALLARI, vol.235, pp.158-161, 2025 (Conference Book)
GƏNCƏ MEMARLIQ İRSİNİN QORUNMASI VƏ BƏRPASI: TARİXİ ABİDƏLƏRDƏ SƏNƏTKARLIQ ƏNƏNƏLƏRININ YAŞADILMASI
Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncənin memarlıq irsinin qorunması və
bərpası məsələləri araşdırılır. Gəncə şəhəri zəngin tarixi-memarlıq abidələri, xüsusilə də
İmamzadə türbəsi, Şah Abbas məscidi, Cavad Xan türbəsi kimi nümunələrlə ölkənin mədəni irs
xəzinəsində mühüm yer tutur. Məqalədə bu abidələrin bərpa prosesində sənətkarlıq ənənələrinin
– daş oyma, kərpic naxışları, taxta üzərində həkk sənətinin – necə yaşadıldığı və tətbiq edildiyi
təhlil olunur. Göstərilir ki, memarlıq və sənətkarlıq arasında qarşılıqlı əlaqə milli-mənəvi
dəyərlərin qorunmasında mühüm rol oynayır. Ənənəvi sənətkarlıq üsullarının müasir bərpa
texnologiyaları ilə vəhdəti, həm mədəni irsin yaşadılması, həm də gələcək nəsillərə ötürülməsi
baxımından xüsusi əhəmiyyət daşıyır. Məqalə bu baxımdan Gəncə memarlığının həm estetik, həm
də funksional dəyərlərini qorumağa yönəlmiş tədqiqat əsası təqdim edir.