"Kooperasiya" elmi-praktiki jurnalı, vol.300, no.48, pp.14-21, 2018 (Peer-Reviewed Journal)
Kənd təsərrüfatında fəaliyyət göstərən müxtəlif təsərrüfatçılıq formalarının əlverişi və dayanıqlı bazar mövqelərinin təmin edilməsi onların resurs potensialının tərkib hissəsi kimi informasiya resurslarının mövcudluğundan bilavasitə asılıdır. Müxtəlif təsərrüfatçılıq formalarının bazar fəaliyyətinin səmərəliliyinin təmin olunması həmin fəaliyyət növü üzrə zəruri informasiyaları əldə etmədən, demək olar ki, mümkün deyil. Hazırda bu sahədə problem özünü göstərməkdədir və kənd təsərrüfatında fəaliyyət göstərən təsərrüfatçılıq formalarının marketinq informasiyalarına əlyetərliliyi lazımi səviyyədə deyil. Belə şəaraitdə məhsul istehsalçılarının istehsal-satış fəaliyyətinə dair səmərəli qərarların qəbul edilməsindən söhbət gedə bilməz.