“Tikintinin iqtisadiyyatı və menecment” elmi-praktiki jurnal, vol.5, no.2025-ci il. səh. 11-17, pp.11-17, 2025 (Non Peer-Reviewed Journal)
Social media advertising and its impact on e-commerce Abstract The article examines the significance of technology and the Internet in the modern world, emphasizing their influence on societal development, international business and the emergence of new forms of trade. The Internet has evolved not only into a means of communication and entertainment but also into a fundamental platform for building business activities. At the same time, the role of advertising as an essential tool for promoting goods and services is highlighted. Advertising serves an informational function, enhances brand awareness and shapes consumer choice. Various psychological influence methods - soft influence, persuasion and purchase stimulation - are separately explained in the article. Each of these methods affects consumers differently, creating awareness, strengthening emotional engagement or directly forming purchasing decisions. Overall, the article demonstrates that digital-environment advertising enhances business competitiveness while directing consumer behavior towards new patterns. In addition, the study evaluates the new trends that social media has brought into the advertising sphere. In particular, targeted advertising enables a more precise orientation of consumer behavior, facilitates direct interaction between brands and audiences, and simplifies sales processes on e-commerce platforms. The growing impact of advertising in the contemporary digital environment further accelerates the expansion of electronic commerce. Keywords: modern world, internet, advertising, business, service, social media, e-commerce, consumer behavior.
Xülasə Məqalədə müasir dünyada texnologiya və internetin əhəmiyyəti araşdırılır, onların cəmiyyətin inkişafına, beynəlxalq biznesə və yeni ticarət formalarının yaranmasına təsiri vurğulanır. İnternet təkcə ünsiyyət və əyləncə vasitəsi deyil, həm də biznesin qurulması üçün təmələ çevrilib. Bununla yanaşı, mal və xidmətlərin təşviqi üçün vacib vasitə olan reklamın rolu xüsusi diqqət çəkir. Reklam informasiya funksiyasına xidmət edir, brend məlumatlılığını artırır və istehlakçı seçiminə təsir göstərir. Psixoloji təsirin müxtəlif üsulları – yumşaq təsir, inandırma və alış-veriş üçün stimul – məqalədə ayrıca izah olunur. Bu üsulların hər biri istehlakçıya fərqli şəkildə təsir göstərir, məlumatlılıq yaradır, emosional bağlılığı gücləndirir və ya birbaşa alış qərarını formalaşdırır. Ümumilikdə məqalə göstərir ki, rəqəmsal mühitdə reklam həm bizneslərin rəqabət üstünlüyünü artırır, həm də istehlakçı davranışını yeni istiqamətlərə yönəldir. Bununla yanaşı, məqalədə sosial medianın reklam sahəsində yaratdığı yeni trendlər də qiymətləndirilir. Xüsusilə, hədəflənmiş reklamın istehlakçı davranışını daha dəqiq yönləndirməsi, brendlərin auditoriya ilə birbaşa əlaqə qurması və elektron ticarət platformalarının satış prosesini sadələşdirməsi kimi üstünlüklər qeyd olunur. Müasir rəqəmsal mühitdə reklamın təsir gücünün artması elektron ticarətin genişlənməsini daha da sürətləndirir. Açar sözlər: müasir dünya, internet, reklam, biznes, xidmət, sosial media, elektron ticarət, istehlakçı davranışı.