AĞDAM RAYONUNDA MƏŞĞULLUĞUN TƏMİN EDİLMƏSİNDƏ AİLƏ BİZNESİNİN İMKANLARI


Creative Commons License

Musayev Y.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan “Azərbaycan İqtisadiyyatı Müstəqillik İllərində” mövzusunda Respublika Elmi Konfransı, Baku, Azerbaijan, 15 October 2021, pp.101-107, (Full Text)

  • Nəşrin Növü: Conference Paper / Full Text
  • Çap olunduğu şəhər: Baku
  • Ölkə: Azerbaijan
  • Səhifə sayı: pp.101-107
  • Adres: Bəli

Qısa məlumat

Ailə biznesi dünya iqtisadiyyatında və elmi tədqiqatlarda trend mövzulardan biri hesab olunur və ölkələrin məşğulluq, ÜDM kimi makroiqtisadi göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Bu araşdırmanın əsas məqsədi Ağdam rayonunda inşa edilən “Ağıllı şəhər” konteksində əhalinin məşğulluğunun təmin edilməsi ilə əlaqədar ailə biznesi imkanlarının təhlilindən ibarətdir. Bu məqsədlə, mövzunu əhatə edən elmi ədəbiyyatlar incələnmiş, ailə biznesinin bir sıra aspektləri və sosial-iqtisadi inkişafın təmin olunmasında onun rolu araşdırılmışdır. Həmçinin, Ağdamda ailə biznesi perspektivləri ilə bağlı təkliflər təqdim edilmişdir.

Məqalənin yazılması zamanı əsas tədqiqat metodları kimi analiz və statistik təhlil metodlarından istifadə edilmişdir.

Tədqiqatın məhdud cəhəti ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi-sosial infrastruktur olmadığına və rallaşdırılan “Ağıllı şəhər” layihəsi respublikamızda ilk olduğuna görə yerli informasiya resurslarına çıxış imkanları, demək olar ki, mövcud deyildir.