İNVESTİSİYA STRATEGİYASININ FORMALAŞMASI VƏ MODERNLƏŞDİRİLMƏSİNİN İNKİŞAFI PROBLEMLƏRİ


Creative Commons License

Həsənov N.

AZƏRNƏŞR, Baku, 2003

  • Nəşrin Növü: Book / Other Book
  • Nəşr tarixi: 2003
  • Nəşriyyat: AZƏRNƏŞR
  • Çap olunduğu şəhər: Baku
  • Adres: Bəli

Qısa məlumat

İnvestisiya mədəniyyətinin mütləq şərti kimi, yəni layihə risklərinin elmi tədqiqi layihə mühitinin öyrənilməsi və texniki-texnoloji, kommersiya, ekoloji, sosial, təşkilati-iqtisadi, maliyyə və iqtisadi aspektləri əhatə edən kompleks ekspertizanın keçirilməsi çıxış edir. İnvestisiya qərarlarının qəbul edilməsi və nəzərdə tutulmuş kapital qoyuluşlarının başlıca alətləri investisiya layihələrinin səmərəlilik qiymətinin kriteriyalarıdır ki, onların da layihə risklərinin tədqiqi prosesində rolu təqdim olunan əsərdə təhlil edilib. İnvestisiya strategiyası haqqında bütün informasiyanın material daşıyıcısı, onun modeli, idarə aləti layihə biznes-planıdır. Buna görə də bu əsərdə biznes layihələşdirmənin investisiya mexanizmi risktəhlili qurulması nöqteyi-nəzərindən tədqiq edilmişdir.  İnvestisiya strategiyasının formalaşması, modernləşdirilməsi və həyata keçirilməsi mərhələsində maliyyə səmərəliliyi və sabitliyinin təmin edilməsi investisiya-layihə fəaliyyətinin daha çətin bir problemi sayılır. Bu problemin həlli maliyyə səmərəliliyinin monitorinqini həyata keçirmədən mümkün deyil və müvafiq idarəetmə qərarlarının qəbulu ilə bağlıdır. Bu prosesin mərkəzi anlarından birini də risk əleyhinə tədbirlərin və risk - menecmentin işlənib hazırlanması təşkil edir. İnvestisiya layihəsinin risklərinin idarə edilməsi zamanı elə proseduralardan istifadə edilməlidir ki, nəinki səbəb və nəticələrin keyfiyyət tədqiqatını aparmağa imkan versin həmçinin, dəyər xarakteristikasının köməyilə daxili faktorların mənfi təsiri nəticəsində müəyyənləşdirilmiş məqsəddən nə qədər kənarlaşmasının baş verdiyini və ya verə biləcəyini kəmiyyətcə ölçməyə imkan versin. Bu əsasda layihənin daxili quruluşunda elə optimal dəyişikliklər etmək lazımdır ki, onlar yol verilə biləcək ehtiyat-məsrəfləri çərçivəsində verilmiş kənarlaşmaları minimuma endirmək, əvəz etmək və ya neytrallaşdırmağa imkan versin. Risk-təhlil və risk - menecment də bu işdə vacib alət kimi çıxış edir. Ona görə tədqiqat işi aşağıdakı strukturda aparılmışdır. I fəsildə investisiya strategiyasının formalaşmasının və modernləşməsinin təhlilinin obyekti kimi investisiya layihələrinin tədqiqinin nəzəri əsasları müzakirə edilir. Bununla əlaqədar olaraq, müasir Azərbaycan şəraitində investisiya strategiyasının formalaşması və modernləşdirilməsinin inkişaf meylləri təhlil edilir, müəllifin investisiya strategiyasını formalaşdırarkən layihənin təsnifləşdirilməsi təklifi risklərin tədqiqində istifadəsi müzakirə edilir. II fəsildə strategiyanı formalaşdırarkən və ya modernləşdirərkən investisiya layihələrinin idarə olunması problemin risk faktorlarının uçotu vasitəsilə işıqlandırılır. Hər şeydən əvvəl bazar iqtisadiyyatı şəraitində idarəetmə qərarlarının qəbulunun özəllikləri təhlil edilir. İnvestisiya  səmərəliliyinin monitorinqi və nəzarət kimi idarəedici funksiyaların xüsusi özəllikləri əsaslandırılıb və investisiyaların idarə olunmasındakı rolları aşkar edilib. İnvestisiya fəaliyyətinin idarə edilməsi üçün məntiqi yanaşmanın istifadə mexanizmi təklif edilir. Bu fəsildə menecmentin müasir şəraitdə mahiyyəti və istifadəsi tədqiq edilir həmçinin, onun gələcək inkişafı təklif edilir. III fəsildə investisiya strategiyasının formalaşması və modernləşməsində risklərin təhlili metodologiyasının tədqiqinə və inkişafına həsr edilmişdir. Buna görə bazar iqtisadiyyatı şərtləri daxilində layihə risklərinin təsnifatı və onların tədqiqat metodlarına mövcud ədəbiyyatlardakı yanaşmalar öyrənilmişdir ki, bu da müəllifə təsnifatlaşdırma aparmağa imkan vermişdir. Elə bu əsasda da investisiya strategiyasının təhlilinə keyfiyyətli yanaşma əsaslandırılıb və investisiya risklərinin yüksək kəmiyyət qiymətləri təhlil edilmişdir. Verilmiş fəsildə investisiyanın səmərəliliyinə qeyri-müəyyənliyin təsiri uçotunun üsullarının öyrənilməsi öz əksini tapmışdır hansı ki, müasir şəraitdə kompleks risk təhlilinin metodologiyasının inkişafına gətirib çıxarmışdır. IV fəsildə investisiya strategiyasının formalaşmasında və modernləşməsində risklərin təhlilinin alətləri əsaslandırılır. Qeyri-müəyyənlik şəraitində qərarların qəbulu və risklərin təhlilinin aləti kimi investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi metodları təhlil edilib, formalaşdırılmışdır. Strategiyanın kompleks tədqiqinin həyata keçirilməsi zamanı inflyasiyanın uçotunun qaçılmazlığı tədqiq edilir. Müasir investisiya fəaliyyətində istifadə edilən riskin təhlili alətlərinin özəllikləri aşkar edilir. Layihələrin səmərəliliyinin təhlilinin mərkəzi problemlərindən biri məsrəflərin qiymətləndirilməsidir ki, bu da əsərdə buraxıla biləcək münasib risk kompanentinə həsr olunmuş başlanğıc və riskin qabağı alınan son səviyyəsinin təsiri ilə bağlıdır. 10 İqtisadi - riyazi modelləşdirmə investisiya strategiyasını formalaşdırarkən və ya onu modernləşdirərkən, riskin təhlilinin səmərəli aləti kimi çıxış edir. Buna görə də tədqiqat əsərində model yanaşmalar təhlil edilib və investisiya layihələrində riskin təhlili praktiki ifadə tapan müəllif modelləri işləyib hazırlanmışdır. Onlardan iqtisadi antirisk tədbirləri üçün çoxfaktorlu struktur xərclərin təhlilini həyata keçirməyə imkan verən iqtisadi-riyazi modellər təklif edilmişdir. İnvestisiyaların səmərəliliyinin qiymətləndirilməsinin müasir səviyyəsi, layihə risklərinin təhlilində müqayisəli təhlil və alətlərindən istifadəni, tədqiqat əsərində nəzərə alınmış təcrübədən istifadə üçün tövsiyələrin olmasını təklif edir. Əsas nəzəri vəziyyətlərin izahatı zamanı müəllifin təkliflərinin əsaslandırılması prosesində rəqəm hesablamaları aparılır. Bu rəqəm hesablamaları müəllifin təcrübi investisiya strategiyasının formalaşmasına və modernləşdirilməsinə əsaslanır, aparılan tədqiqatın müasir şəraitdə tətbiqi imkanlarını təsdiq edir. Əlavə olaraq göstərilən materiallar biznesə aid olan konkret layihənin kompleks investisiya strategiyasının təhlilini və onun modernləşdirilməsinin yollarını özündə birləşdirir.