AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ MÜSTƏQİLLİK İLLƏRİNDƏ AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ, SİYASİ VƏ MƏDƏNİ İNKİŞAFI RESPUBLİKA ELMİ KONFRANSININ MATERİALLARI 13-14 oktyabr 2016-cı il SUMQAYIT-2016, vol.2, pp.250-251, 2016 (Conference Book)
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dönüş baş verdi. Müstəqilliyin ilk illərində həmkarlar ittifaqlarının fəaliyyətində durğunluq hökm sürsə də sonradan bu təşkilatlar öz işini yeni dövrün tələblərinə uyğun şəkildə qura bildi. Xüsusilə,1993-cü ilin fevralında Azərbaycan həmkarlar ittifaqlarının həyatında əlamətdar hadisə oldu. Həmkarlar İttifaqlarının XIX qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) yaradıldı. Sahə həmkarlar ittifaqlarına müstəqillik verildi, onların işi konfederativ prinsiplər əsasında quruldu. Bundan sonra həmkarlar ittifaqlarının işində canlanma baş verdi. 1994-cü ildə ―Həmkarlar İttifaqları haqqında‖ Azərbaycan Respubikası qanununun qəbul edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunların qəbul edilməsi həmkarlar ittifaqlarının fəaliyyətinin güclənməsi üçün hüquqi baza yaratmışdır.