Azərbaycan dilinin dialekt və şivələri müasir dövrün tələbləri kontekstində


Creative Commons License

Səfərli G.

Filologiya məsələləri, no.3, pp.84-93, 2020 (Peer-Reviewed Journal)

Qısa məlumat

Dialektologiya dilçiliyin bir sahəsi olub dialekt və şivələri öyrənir.  Dilçilikdə dilin dialekt üzvlənməsi "ləhcə", "şivə qrupu" və "şivə" terminləri ilə adlandırılır.  Dialekt sözlər məhdud dairədə (ərazidə) işlədilən sözlər məcmusu nəzərdə tutulur. Dialektologiyanın əsas anlayışları və terminlər bunlardır: şivə, şivələr qrupu, ləhcə, dialekt, keçid şivə, qarışıq şivə və izoqloss. Şivə isə dilin dialekt bölünməsinin ən kiçik vahididir. O, bir  və ya bir neçə yaşayış məntəqəsi sakinlərinin nitqində yaranır. Əsas dil xüsusiyyətlərinə malik olan şivələr də birləşib qrup əmələ gətirir. Bir neçə şivə isə birləşərək ləhcəni yaradır. Ləhcə dilin dialekt bölünməsinin ən böyük vahididir.  İzoqloss coğrafi xəritədə bu və ya digər dil hadisəsinin yayılma sərhədini göstərən xətti bildirir. Göründüyü kimi, dialekt daha geniş ərazini, şivə isə dialekt daxilində daha məhdud bölgəni əhatə edir. Müasir Azərbaycan dilində də dialektlər və şivələr qalmaqdadır. Bununla belə, hər bir ədəbi dil zaman keçdikcə dəyişikliyə uğradığı üçün dialektlərə də bu baxımdan təsir göstərir. Məqalədə dialekt və şivələrin müasir tələblərə uyğun dəyişmə prosesi öyrənilir.  Qarabağın işğalından sonra köçkünlərin, Qərbi Azərbaycandan didərgin düşən qaçqınların başqa bölgələrdə məskunlaşması  İrəvan və Qarabağ subdialektlərin digər dialektlərlə qarışmasına səbəb olmuşdur. Bu dialektlərin araşdırılması, qorunub-saxlanması da vacib amillərdəndir Yazılı dildə - ədəbiyyatda öz əksini tapan dialektlər dialektizm adlanır. Dialektizmlər də müasir dövrün tələblərinə uyğun şəkildə istifadə edilir. Azərbaycan dialektologiyası müasir tələblər kontekstində tədqiqatlara cəlb olunmaqdadır. Məqalədə yeni araşdırmalara da nəzər salınmışdır.
Açar sözlər: dialektologiya, dialekt, dialektizm, şivə, ədəbi dil, dilçilik.