ХƏBƏRLƏR İctimai və humanitar elmlər seriyası , vol.10, no.1, pp.63-72, 2014 (Peer-Reviewed Journal)
Məqalə Səfəvi dövlətində büdcə-maliyyə siyasətinin formalaşmasının araşdırılmasına həsr olunmuşdur. I Şah İsmayılın, I Şah Təhmasibin, I Şah Abbasın dövründə dövlətin büdcəmaliyyə siyasətinin formalaşmasında həyata keçirdikləri tədbirlər mövcud mənbələr və səyyah gündəlikləri əsasında işlənilmişdir. Məqalədə dövlət xəzinəsinə vergilərin 1555-ci ilə qədər Uzun Həsənin “Qanunnamə”si əsasında toplanması, hicri 963 (1555/56)-cü ildən I Şah Təhmasib tərəfindən təsdiq olunmuş Dəstur-ül əməl (Qanunnamə) əsasında yığılması və qanunun uzun müddət icra olunması təhlil edilmişdir. Məqalədə mövcud mənbələr əsasında səltənətin ümumi illik qəliri və qaynaqları göstərilmişdir.