Adiloğlu, Baku, 2019
Bu kitab Azərbaycanda prioritet məsələ kimi
qarşıya qoyulan üzümçülüyün və onun emal
sənayesinin elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə yazılmış üzüm və ondan alınan məhsullar haqqında ilk geniş
ensiklopedik tədqiqat işi olmaqla, istehsalın müvafiq sahələrində çalışan mütəxəssislər, şərabçı-texnoloqlar, enoloqlar, üzümçülük
və şərabçılıqla məşğul olan
elmi işçilər, müəllimlər, eləcə də bu sahədə təhsil alan tələbələr, magistrlər və doktorantlar üçün nəzərdə tutulmuşdur. Kitabda Azərbaycanda üzümçülüyün tarixi və müasir vəziyyəti, üzümün kimyəvi tərkibi və qidalılıq
dəyəri, botaniki növləri və sortları,
Azərbaycanda becərilən süfrə, texniki və qurutmaq üçün nəzərdə tutulan üzüm sortlarının texnoloji səciyyəsi, üzümün
yığılması, qablaşdırılması, qurudulması, müxtəlif şəraitlərdə saxlanılması və bu zaman baş verən proseslər, süfrə
üzümünün keyfiyyətinə verilən
tələblər və onun keyfiyyət ekspertizası ətraflı şərh edilmişdir. Üzümdən alınan yeyinti məhsullarının təsnifatı, qruplar üzrə çeşidi, təyinatı,
saxlanılması və keyfiyyət ekspertizası
geniş yazılmışdır. Kitabda Azərbaycanda istehsal olunan üzüm şərablarının təsnifatı, qruplar üzrə çeşidi,
keyfiyyət və təhlükəsizlik göstəriciləri, şərabların qablaşdırılması və saxlanılması,
dequstasiyası, eləcə də, şərabların keyfiyyət ekspertizası haqqında
maraqlı məlumatlar toplanmışdır. Kitabda həmçinin üzüm istehsalının tullantılarından səmərəli istifadə
olunması məsələləri elmi-təcrübi baxımdan öz əksini tapmışdır.