“UNEC” Nəşriyyatı, Baku, 2025
Hüseynov M.Ə., Mirzəyev G.S., Sadıqov R.Ə., Mustafayeva K.Ə. Hidrologiya. Dərslik: Bakı: “İqtisad Universiteti” Nəşriyyatı – 2023. - 402 səh.
Dərslik eyni adlı fənn proqramına uyğun olaraq
yazılmışdır. Kitab 15 bölmədən ibarətdir. Burada hidrologiya anlayışı,
hidroloji dövran, hidrologiyanın təməl prinsipləri, hidroloji dövranda su balansı və enerji balansı, yağıntılar,
meydana gəlməsi, yağıntıların ölçülməsi, yağıntı qeydəalmalarının analizi,
buxarlanma, buxarlanma-su balansı, sızma, sızma sürəti, sızma indeksləri,
yeraltı sular, axın ölçmələri və məlumatların analizi, axın qeydəalmalarının
analizi, yağıntı-axın əlaqələri, hidroqraf analizi, daşqın analizi, ehtimal nəzəriyyəsi
və statistikanın hidrologiyada tətbiqi haqqında müasir tələblər səviyyəsində ətraflı
məlumatlar verilir. Həmçinin dərslikdə təqdim olunan mövzuların daha yaxşı mənimsənilməsi və tətbiqi
üçün hidroloji məsələlər həlli ilə birlikdə öz əksini tapmışdır. Kitab, ölkəmizdə
“Ekologiya mühəndisliyi” ixtisası üçün
“Hidrologiya” fənnindən qeyd olunan mövzular üzrə yazılmış ilk dərslikdir.
“Hidrologiya” dərsliyi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 050606 – “Ekologiya mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərslikdən “Hidrogeologiya”, “Hidrometeorologiya”, “Hidrotexnika”, “Su təsərrüfatı”, “Ekologiya”, “Coğrafiya” ixtisasları üzrə təhsil alan tələbələr, magistrlər, doktorantlar və bu sahədə çalışan mütəxəssislər də istifadə edə bilərlər.