Audit işi: nəzəriyyə və praktika


Creative Commons License

Kazimov R.

Iqtisadi və Sоsial Inkişaf Mərkəzi, Qanun,, Baku, 2009

  • Nəşrin Növü: Book / Textbook
  • Nəşr tarixi: 2009
  • Nəşriyyat: Iqtisadi və Sоsial Inkişaf Mərkəzi, Qanun,
  • Çap olunduğu şəhər: Baku
  • Açıq Arxiv Kolleksiyası: Kitab, Rəqəmsal Yaddaş Kolleksiyası
  • Adres: Bəli

Qısa məlumat

Idarəetmə sisteminin əsas elementlərındən biri də audit hesab olunur. Auditin idarə etmə sistemində özünə məxsus mövqeyi onun iqtisadi idarəetmənın əsas elementlərindən biri kimi praktiki olaraq idarəetmədə birbaşa iştirak etməsıdir. Auditin idarəetmənin digər elementlərdən fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, o, həmin idarəetmə elementlərınin idarəetmə funksiyalarına bilavasitə təsır göstər - mək imkanına malikdir. Auditin idarəetmə funksiyasinın büyük bir hissəsi onun nəçarət və yoxlama ilə baülı fəaliyyətındə açıla bilər. Belə ki, bazar iqtisadiyyatı münasibətləri və azad iqtisadi şəraitdə auditin müstəqıl ekspert və yoxlayıcı keyfiyyətınə malik olmasına baxmayaraq o, təsərrüfat proseslərınə nəzarət etməklə idarəetmənın başlıca prinsiplərındən biri olan əks əlaqənın təzahür forması kimi çixış edir və idarə aparatının işinin səmərəlıliyini səciyyələndirir. Bazar münasibətlərinin formalaşması müəssisənin fəaliyyəti haqqında dürüst uçot və hesabat informasiyalarına tələbatı artırmışdır. Istehsalın səmərəliliyinin yüksəldilməsində, material və maliyyə resurslarından səmərəli və qənaətlə istifadə olunmasında, əmlakın qorunub saxlanılmasının təmin olunmasında, əmək intizamının möhkəmlənməsində auditin rolu büyükdür. Audit təsərrüfat subyektinin istehsal və maliyyə-kommersiya fəaliyyətinin səmərəlilıyınin yüksəldilməsini təmin edir. Təsərrüfat əməliyyatlarının qanuniliyinin, dürüstlüyünün, məqsədəuyğunluğunun və uçotunun tamlığının yoxlanılması, pozuntuların və sui istifadələrin, onların səbəblərinin və bunda günəhkar olan şəxslərin müəyyən edilməsi, müəssısənin fəaliyyətınin səmərəliliyinin yüksəldilməsinin istehsaldaxili ehtiyatların aşkar edilməsi, mövcud çatışmaçlıqların və pozuntuların aradan qaldırılması üzrə konkret təkliflərin hazırlanması maliyyə nəzarəti işinin aparılmasının metodologıyası və texnikası üzrə dərin biliklər tələb edir. Yeni təsərrüfatçılıq şəraitində auditin lazımı səviyyədə təşkil edilməsi üçün yüksək ixtisaslı mütəxəssislər laçımdır. Həmin mütəхəssislərin hazırlanmasında prinsipcə yeni dərsliklərin və dərs vəsaitlərinin yaçılması mühüm əhəmiyyət kəsb edir ki, bu da dərs vəsaitinin nəşr olunmasını çəruri etmişdir. Bu dərslik kursun proqramına müvafiq  hazırlanmışdır. Dərsliyin yazılmasında qüvvədə olan qanunvericilik və normativ-hüquqi aktlardan, iqtisadi və hüquqi məsələlər üzrə qaydalardan və təlimatlardan istifadə olunmuş, audit və mühasibat uçotu üzrə beynəlxalq və milli standartların tələbləri nəçərə alınmışdır. Dərslikdə təsərrüfat subyektinin fəaliyyətinin auditinin nəçəri və praktiki məsələləri öz əksini tapmışdır.