Ailə biznesləri: beynəlxalq təcrübə və məcmu sahibkarlıq fəaliyyətində onların payı


Creative Commons License

Musayev Y.

Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri. Elmi, resenziyalı, rüblük jurnal. Bakı., vol.11, no.3, pp.96-108, 2023 (Peer-Reviewed Journal)

Qısa məlumat

Ailə biznesləri ailə, biznes və mülkiyyətçilik kimi üç elementi özündə birləşdirir və dünya iqtisadiyyatının əsas drayverlərindən biri hesab olunur. Tədqiqatın məqsədi - bazar iqtisadiyyatı şəraitində dünyanın müxtəlif regionlarında yerləşən ölkələrin iqtisadiyyatında ailə bizneslərinin rolunu və məcmu sahibkarlıq fəaliyyətində onların payını müəyyənləşdirməkdən ibarətdir.

Metodologiya – qarşıya qoyulan məqsədə nail olmaq üçün ədəbiyyat icmalı aparılır, beynəlxalq təşkilatlar tərəfindən təqdim edilmiş empirik tədqiqat nəticələri təhlil edilir və eləcə də,  müqayisə və ümumiləşdirmə metodlarından istifadə olunur.

Tədqiqatın əsas nəticələri - ailə biznesləri geniş fəaliyyət sahələrini özündə birləşdirməklə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və davamlı iqtisadi inkişafın təmin edilməsinə mühüm töhfə verir. Ailə biznesləri əksər ölkələrdə mövcud sahibkarlıq subyektlərinin əhəmiyyətli hissəsini əhatə etsə də, inkişaf etməkdə olan ölkələrdə daha böyük paya sahibdirlər. Belə ölkələrdə, ailələr tərəfindən yaradılan və ya idarə olunan  müəssisələr məşğulluğun təmin olunmasında aparıcı rol oynayırlar.