I INTERNATIONAL SCIENTIFIC CONFERENCE. BERN. SWITZERLAND, vol.131, pp.20-23, 2025 (Conference Book)
İşgüzar məktub dünyada istər siyasi, istər sahibkarlıq, istərsə də digər sahələrinin təşkili
üçün ən vacib elementdir. İşgüzar yazışma olmadan işgüzar münasibətlər qurmaq mümkün deyil.
Demək olar ki, bütün telefon və telefonoqram danışıqları yazılı təsdiq tələb edirlər; işgüzar
əlaqələrin yaradılması zamanı isə düzgün tərtib olunub formalaşmış məktub şirkəti ən yaxşı
formada təqdim edə və haqqında müsbət fikir yarada bilər. Bir sıra sadə əsasları öyrənməklə
işgüzar məktub tərtib etmək olar.
Açar sözlər: işgüzar , məktub, yazı, söz, qayda